İqtisadi inkişaf naziri Mingəçevir şəhərində vətəndaşları qəbul edəcək

 

 

Bu gün ölkə vətəndaşlarının dövlət quruculuğunda fəal iştirakının təmin edilməsi üçün tədbirlər görülür, onların arzu və təklifləri yerlərdə öyrənilir, eləcə də problemləri ilə bağlı müəyyən istiqamətlərdə işlər görülür.

Ayrı-ayrı vaxtlarda bölgələrdə keçirilən  qəbullar da  bu baxımdan əhəmiyyətlidir. Görüş sakinləri maraqlandıran çətinliklərlə tanış olmaq, insanları düşündürən məsələlər barədə müzakirələr, təhlillər aparmaq, yerindəcə bəzi problemlərin həllinə nail olmaq məqsədi daşıyır.

İqtisadi inkişaf naziri Şahin Mustafayevin  aprelin 6-da Mingəçevir şəhərində Yevlax, Bərdə, Ağcabədi, Ağdaş, Ucar, Göyçay, Zərdab, Beyləqan, Laçın rayonlarından və Mingəçevir şəhərindən olan vətəndaşlar üçün keçirəcəyi qəbul da bu baxımdan əhəmiyyətlidir.

Qəbul saat 10.00 -da Mingəçevir şəhərində  başlanacaq.

Vətəndaşların İqtisadi İnkişaf Nazirliyinin “[email protected] elektron poçt ünvanı, 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), həmçinin nazirliyin Aran regional bölməsi (Elbrus Hüseynov, əlaqə telefonu: (02233) 6-73-10, (055) 206-88-52, Yevlax şəhəri, Heydər Əliyev prospekti, 34) vasitəsilə qəbula yazılmaları xahiş olunur.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında