Qəbələ rayonunda qətl hadisəsi törətmiş şəxs həbs edilmişdir

İyulun 3-də Qəbələ rayonunun Tikanlı kənd sakini Hökmalı Yusifovun dayısı Mürsəl Quliyevə və sonuncunun oğlu Şahmurada ov tüfəngindən atəş açaraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi və dayısının digər oğlu Nizamini tüfənglə öldürməsi faktı ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci və 29,120.2.7-ci maddələri ilə cinayət işinin başlanması barədə Baş Prokuroluq tərəfindən ictimaiyyətə məlumat verilmişdir.
Azərbaycan Respublikasının Baş Prokurorluğunun internet səhifəsində yerləşdirilmiş məlumatda bildirilir ki, istintaq zamanı toplanmış şahid ifadələri və digər sübutlarla cinayətin H.Yusifov tərəfindən törədilməsi təsdiq edildiyindən onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilmiş, lakin istintaqdan gizləndiyi üçün rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə, tutulması və ittiham elan edilməsi üçün axtarış elan olunmuşdur.
Rayon prokurorluğu və polis şöbəsi tərəfindən keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində H.Yusifov iyulun 9-da Tikanlı kəndi ərazisində tutularaq istintaqa təqdim edilmişdir. Tutularkən o, cinayətin törədilməsində istifadə etdiyi ov tüfəngini və içərisində 7 patron olan patrondaşı könüllü təhvil vermişdir.
H.Yusifova qarşı Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunmuşdur. O, törətdiyi cinayət əməllərini tam etiraf etmişdir.
İş üzrə istintaq davam etdirilir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında