Hakimliyə namizədlərlə ilkin tədrisin nəticələri üzrə yazılı imtahan keçirilmişdir

Son illərdə çoxsaylı yerli və beynəlxalq müşahidəçilərin iştirakı ilə 2200 namizədlə aparılmış seçim prosedurları nəticəsində 157 nəfər yüksək hazırlıqlı hüquqşünas seçilərək hakim vəzifələrinə təyin edilmiş, 80 nəfər namizəd isə hakim vəzifələrinə hazırlanmaq üçün birillik kurslara cəlb olunmuşdur.
Hakimlərin Seçki Komitəsi iyulun 10-da Azərbaycan Texniki Universitetinin idman zalında tədris kursunu başa vurmuş 80 nəfər hakimliyə namizədin peşə hazırlığının yoxlanılması məqsədi ilə onlarla ilkin tədrisin nəticələri üzrə yazılı imtahan keçirmişdir.
İmtahan başlamazdan əvvəl yerindəcə Hakimlərin Seçki Komitəsinin qapalı iclasında kazus xarakterli 8 sual hazırlanmış, həmin suallardan müşahidəçilərin iştirakı ilə lototron vasitəsilə cinayət və mülki sahəyə dair ikisi seçilmişdir. Seçilmiş suallar imtahan keçirilən auditoriyada, namizədlərin gözü qarşısında çoxaldılaraq onlara paylanmışdır. Dörd saat davam edən imtahanda namizədlər verilmiş hüquqi kazusları həll etməklə müvafiq məhkəmə qərarlarını tərtib etmək bacarıqlarını göstərmişlər.
Hakimlərin Seçki Komitəsinin sədri İman Nağıyev jurnalistlərə bildirmişdir ki, Azərbaycan Prezidentinin tapşırıqlarına əsasən, ölkəmizdə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin beynəlxalq standartlar səviyyəsində, tam şəffaf şəraitdə seçilməsi prosesi davam edir. İman Nağıyev demişdir ki, bu gün keçirilən imtahanda hər sual üzrə 60 və daha çox bal toplayan şəxs növbəti mərhələyə keçəcəkdir.
Nəticələr isə 10 gün müddətində açıqlanacaqdır. Bu mərhələdən sonra şifahi imtahan mərhələsi gəlir. Sonda isə yekun müsahibə mərhələsi olacaqdır. Bütün namizədlər üçün vahid auditoriyada təşkil olunmuş imtahanı 20-dək nüfuzlu beynəlxalq təşkilatdan, yerli QHT-lərdən və hüquq müdafiə təşkilatlarından çoxsaylı müşahidəçilər, habelə mətbuat nümayəndələri izləmişlər. Hakimliyə namizədlərlə yazılı imtahan, habelə imtahanın təşkilində müasir informasiya texnologiyalarının imkanlarından səmərəli istifadə müşahidəçilər tərəfindən yüksək dəyərləndirilmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında