Apelyasiya komissiyası şuraya daxil olmuş müraciətləri araşdırmışdır

Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının apelyasiya komissiyası 2010-cu il birinci maliyyə yardımı müsabiqəsinin nəticələri ilə bağlı Şuraya daxil olmuş müraciətlərə baxmışdır.
Bildirilmişdir ki, müsabiqənin nəticələri ilə bağlı apelyasiya komissiyasına 11 ərizə daxil olmuşdur. Həmin ərizələrin doqquzu Şuraya bilavasitə təqdim edilmiş, ikisi isə poçt vasitəsilə göndərilmişdir.
Müraciət etmiş təşkilatların rəhbərləri apelyasiya komissiyasının iclasına şəxsən dəvət olunmuş, iclasda onlardan 7-sinin nümayəndəsi iştirak etmişdir.
Komissiya müraciətləri QHT nümayəndələrinin iştirakı ilə fərdi qaydada müzakirə etmişdir. Müzakirələrdə layihənin hazırlanmasında yol verilmiş nöqsanlar təhlil edilərək, təşkilat rəhbərlərinin diqqətinə çatdırılmışdır. Qeyd olunmuşdur ki, layihələrin bəzilərində qaldırılmış problemlər müəyyən aktuallıq kəsb etsə də, layihə rəhbərləri onları tələb olunan səviyyədə təqdim edə bilməmişlər.
Yalnız Azərbaycan - Amerika Gənclər İctimai Birliyinin təqdim etdiyi layihədə planlaşdırılmış tədbirlərin əhəmiyyəti nəzərə alınaraq, qeyd edilmişdir ki, təşkilat layihənin icrasına əlavə maliyyə resursları cəlb edə biləcəyi halda müvafiq dəyişikliklər etmək şərtilə bu layihəni Şuranın növbəti maliyyə yardımı müsabiqələrinə təqdim edə bilər.
Komissiyanın iclasında iştirak etməyən təşkilatlara komissiyanın rəyi rəsmi şəkildə təqdim olunacaqdır.{nl}

AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında