Binəqədi rayonunda Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım mərasimi

 

 

Binəqədi Rayon İcra Hakimiyyətində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım mərasimi keçirilmişdir.Yığıncaqda çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Vüsal İsmayılov ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı barəsində tarixi faktları tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.

Xatırlatmışdır ki, 1918-ci il martın 31-də Bakıda, Qubada, Gəncədə, eləcə də respublikamızın digər ərazilərində  xalqımızın üzləşdiyi faciələr, xüsusən torpaqlarımıza köçürülmüş gəlmə ermənilərin vəhşilikləri yaddaşımıza əbədi olaraq həkk edilmişdir, dərin, sağalmaz izlər buraxmışdır.

Qeyd olunmuşdur ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin 1998-ci ildə imzaladığı tarixi əhəmiyyətli fərmanla martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunması xüsusi əhəmiyyət kəsb edir. Bu sənədlə uzun müddət ərzində soyqırımına məruz qalmış xalqımıza qarşı məqsədyönlü şəkildə törədilmiş və bu gün də törədilən vəhşiliklərin, vandalizm aktlarının mahiyyəti tarixi araşdırmalar nəticəsində dünya azərbaycanlılarına, bütün bəşər övladına ilk dəfə olaraq bəyan olunmuşdur.

Mərasimdə tarixçi alimlərdən Asəf İsgəndərov və Həsən Bayramoğlu çıxışlarında  bildimişlər ki, qanlı 31 Mart soyqırımından yüz ilə yaxın vaxt keçsə də bu tarixi ədalətsizliyin vurduğu mənəvi zərbəni xalqımızın indiki nəsli heç vaxt yaddan çıxarmamalıdır. Gələcək nəsillər bu soyqırımından xəbərdar olmalıdırlar, çünki tarixi yaddaşsızlıq həqiqətən hər bir xalq, millət üçün faciəyə səbəb olur.

Vurğulanmışdır ki, bu gün ulu öndər Heydər Əliyevin müdrik, uzaqgörən siyasətini inamla davam etdirən Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə çalışır. Məhz dövlətimizin başçısının titanik fəaliyyəti nəticəsində adıçəkilən problem dünyanın bütün mötəbər təşkilatlarının, dövlətlərinin, beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Dövlət başçımız  İlham Əliyev həmişə çıxışlarında əsrlərlə davam edən erməni təcavüzü, azərbaycanlıların və türklərin soyqırımı məsələlərinə toxunaraq demişdir  ki, qurbanlar heç vaxt unudulmayacaq, onların əziz xatirəsi dərin ehtiramla yad ediləcəkdir.

Mərasimdə tədbir iştirakçıları 31 Mart soyqırımından bəhs edən filmə baxmışlar.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında