Gənclər və idman naziri cənub bölgəsində vətəndaşları qəbul edəcək

 

 

Böyük imkanlar, iqtisadi resurslar və düşünülmüş siyasət nəticəsində dünyanın ən sürətlə inkişaf etmiş ölkələri sırasına çıxan Azərbaycanda görülən quruculuq işləri, həyata keçirilən tədbirlər daim xalq tərəfindən dəstəklənir.

Dövlət tərəfindən daha çox qeyri-neft sektoruna, burada çox böyük rolu olan özəl sektorun inkişafına böyük diqqət göstərilir, sahibkarlığın inkişafı üçün lazımi tədbirlər görülür. Dövlət-xalq birliyi paytaxt və regionlarımızda görülən quruculuq işlərinin miqyasının sürətlə artmasına səbəb olur ki, bu da ölkəmizin uzunmüddətli inkişafı üçün zəmin yaradır. Vətəndaşlarımızın dövlət quruculuğunda fəal iştirakının təmin edilməsi üçün tədbirlər görülür, onların arzu və təklifləri yerlərdə öyrənilir, eləcə də problemləri ilə bağlı müəyyən istiqamətlərdə işlər görülür. Cənub bölgəmizin sakinləri də müstəqil Azərbaycanın çiçəklənməsinə həmişə öz töhfələrini veriblər.

 Gənclər və idman naziri Azad Rəhimovun aprel ayının 2-də Lənkəran şəhərində Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayonlarının sakinləri üçün keçirəcəyi qəbul da bu baxımdan çox əhəmiyyətlidir. Görüş sakinləri maraqlandıran problemlərlə tanış olmaq, onları düşündürən məsələlər barədə müzakirələr, təhlillər aparmaq, yerindəcə bəzi problemlərin həllinə nail olmaq məqsədi daşıyır.

Qəbul saat 11.00 -da Lənkəran şəhəri, Heydər Əliyev Mərkəzində (Z.Əliyeva küçəsi, 2) başlanacaq.

Leyla QURBANOVA,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında