Moskvada ümumşəhər Novruz şənliyi keçirilmişdir

 

 

Moskvada, “Rossiya” Dövlət Mərkəzi Konsert Salonunda ümumşəhər Novruz şənliyi keçirilmişdir.

Tədbirin təşkilatçısı olan Moskva Hökumətinin mətbuat xidmətindən bildirmişlər: “Bu, ənənəvi olaraq müxtəlif millətlərdən olan moskvalıların diqqətini cəlb edən şəhər miqyaslı əhəmiyyətli ictimai hadisədir”. Bu il baharın gəlişini birgə bayram etmək üçün  “Rossiya” konsert salonuna beş mindən çox adam toplaşmışdır.

Hər bir diaspora öz milli kostyumlarını, yemək və bəzək əşyalarını qonaqlara nümayiş etdirmək imkanı verilmişdir.

Ümumrusiya Azərbaycan Konqresi “Odlar yurdu Azərbaycan” stendini təqdim etmişdir. Azərbaycanın rəngarəng stendinə baxmağa gələnlər Azərbaycan xalqının tətbiqi sənət elementləri, məişət əşyaları, musiqi alətləri, milli geyimləri, suvenirləri, habelə  Rusiya Federasiyasının əməkdar rəssamı  Əsgər Məmmədovun gözəl əsərləri və “Baku” jurnalının parlaq şəkilləri ilə tanış olmuşlar.

Milli diasporlar öz ölkələrinin ən yaxşı kulinariya ənənələrini də nümayiş etdirmişlər. Qeyd edək ki, başqalarından fərqli olaraq,  Azərbaycan mətbəxinin yeməkləri pulsuz təqdim edilmişdir. Arzu edən hər kəs dolma, plov, qutab, paxlava, şəkərburanın  və başqa delikateslərin dadına baxmışdır.

Fəridə ABDULLAYEVA

AzərTAc -ın xüsusi müxbiri

Moskva

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında