Səbaillilərin əsgərlərə Novruz töhfəsi

 

 

Novruz Bayramı ərəfəsində Səbail Rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyətin nümayəndələri rayonun hamilik etdiyi Tərtər rayonundakı “N” saylı hərbi hissədə xidmət edən əsgər  və zabitlərin görüşünə getmişlər. Qonaqlar  hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön cəbhə xəttindəki səngərlərə gəlmiş, burada  əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, onlara bayram sovqatları çatdırmışlar. 

Hərbi hissədə şəxsi heyətlə keçirilən təntənəli görüşdə Səbail Rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov Novruz münasibəti ilə əsgərlərimizi təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərində uğur arzulamışdır. Natiq hərbi hissənin şəxsi heyətini Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən ordumuz üçün yaradılmış normal şərait müqabilində daha yaxşı xidmət etməyə çağırmışdır. O, dövlət başçısının apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin oluduğunu söyləmiş, lazım gələrsə, müharibə yolu ilə torpaqlarımızın azad olunacağını bildirmişdir.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov da əsgərləri təbrik etmiş, onlara nümunəvi xidmət arzulamışdır.

Qonaqlar Səbail RİH-nin hədiyyələrini, məktəblilərin hazırladıqları bayram xonçalarını, müxtəlif ləvazimatları və əsgərlərə məktublarını şəxsi heyətə təqdim etmişlər. Hərbi hissəyə tələbat duyulan müxtəlif tikinti materialları çatdırılmışdır.  Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Səbail Rayon İcra Hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılmışdır.

Polkovnik-leytenant Şükür Həmidov şəxsi heyətin xidməti və  döyüş hazırlığı barədə məlumat vermiş, Səbail Rayon İcra Hakimiyyəti rəhbərliyinə minnətdarlıqlarını bildirmişdir. Zabit bu tədbirin hərbiçilərdə ruh yuksəkliyi yaratdığını vurğulamışdır.

Respublikamızın tanınmış incəsənət ustalarının iştirakı ilə böyük   konsert proqramı təşkil olunmuşdur. Şənlikdən sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında əyləşmişlər.

Səbaillilər rayon ilə dostluq əlaqələri olan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bərdə şəhərindəki hərbi hissəsinin də qonağı olmuşlar. Burada da bayram konserti təşkil olunmuşdur.

R.TAHİR, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında