Nərimanov rayonunda Novruz şənlikləri

 

 

 

Baharın gəlişi ölkəmizin hər yerində olduğu kimi, paytaxtın Nərimanov rayonunda da geniş bayram tədbirləri ilə qeyd olundu.  Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların bu rayondakı “N” saylı hərbi hissəsində keçirilən təntənəli  mərasimi giriş sözü ilə açan hərbi hissənin komandiri, polkovnik Zəfər Əliyev xalqımızın ən əziz bayramı olan Novruz bayramında əsgərləri təbrik etmək üçün bura gəlmiş qonaqlara şəxsi heyət adından dərin təşəkkürünü bildirdi. 

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev hərbi hissənin zabit, gizir və əsgərlərini salamlayaraq onları Novruz bayramı münasibətilə təbrik etdi. Natiq Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrə, o cümlədən, Daxili Qoşunlara xüsusi diqqət və qayğısından, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması, Daxili Qoşunların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərdən bəhs etdi. Qeyd olundu  ki, bu günlərdə Daxili Qoşunların yaradılmasının 21-ci ildönümü tamam oldu. Ümummilli lider Heydər Əliyevin 1995-ci il martın 9-da imzaladığı müvafiq fərmanla isə hər il mart ayının 12-si ölkəmizdə Daxili Qoşunlar Günü kimi qeyd olunur.  Dövlət müstəqilliyimizin möhkəmləndirilməsində müstəsna yeri olan Daxili Qoşunların şəxsi heyətinin ölkədə əmin-amanlığın, ictimai asayişin qorunmasına, cinayətkarlığın qarşısının alınmasında mübarizəyə hər zaman hazır olduğunu vurğulayan  A.Fərzəliyev  dövlət başçısı  İlham Əliyevin Azərbaycanın sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi,  ölkə əhalisinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində atdığı addımlardan bəhs etdi. Sonda o, hərbi hissənin rəhbərliyinə və şəxsi heyətinə Vətənə  xidmət yolunda  uğurlar arzuladı.

Mərasimdə iştirak edən Milli Məclisin deputatı Adil Əliyev bildirdi ki, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuş Daxili Qoşunlar ictimai-asayişin və təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanır, uğurlarını və döyüş hazırlığını daim artırır. O bu yolda Daxili Qoşunların zabit, gizir və əsgərlərinə uğurlar arzulayaraq onları əziz bayram münasibətilə bir daha təbrik etdi.

* * *

Novruz şənlikləri daha sonra MKT İstehsalat-Kommersiya MMC-nin Bakı İplik Fabriki və Beynəlxalq Ticarət Mərkəzinin mərasim salonunda davam etdirildi. Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bayram şənliyində rayon rəhbərliyi, millət vəkilləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, ağsaqqallar, ziyalılar, eləcə də şəhid ailələrinin nümayəndələri və Qarabağ müharibəsinin veteranları iştirak edirdilər. 

Mərasimi Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev açaraq xalqımızın əsrlərdən bəri özü ilə yaşatdığı bu qədim el bayramını əsl  dostluq və qardaşlıq  bayramı kimi hər il böyük təntənə ilə qeyd etdiyini bildirdi. Qeyd olundu ki, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə geniş quruculuq işləri həyata keçirilir, vətəndaşların həyat səviyyəsi getdikcə yaxşılaşır. Bu da insanların bayram əhval-ruhiyyəsini qat-qat artırır. Ölkəmizdə gedən quruculuq işlərində fəal iştirak edən paytaxtın Nərimanov rayonunda da bu el bayramının şən ovqatla qeyd olunduğunu diqqətə çatdıran natiq bildirdi ki, rayon sakinləri xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyini də eyni əhval-ruhiyyə ilə qarşılayacaqlar.

Tədbirdə çıxış edən Milli Məclisin deputatları Əhməd Vəliyev və Adil Əliyev, həmçinin Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov tədbir iştirakçılarını baharın gəlişi münasibətilə təbrik etdilər, bütün soydaşlarımıza Novruz arzularını çatdırdılar. Natiqlər son illər Nərimanov rayonunda həyata keçirilən geniş abadlıq-quruculuq işlərinin paytaxtımızın simasına əlavə yaraşıq gətirdiyini diqqətə çatdırdılar, bu yolda rayon rəhbərliyinə və sakinlərə uğurlar arzuladılar.

Axırda rayonun sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında xüsusi fəallıqları ilə seçilən şəxslərə Nərimanov Rayon İcra Hakimiyyətinin fəxri fərmanları və hədiyyələri paylandı.

Bayram şənliyi tanınmış incəsənət ustalarının, muğam ifaçılarının və rəqs kollektivlərinin təqdim etdikləri rəngarəng musiqi nömrələri ilə davam etdirildi.  Novruz bayramının əsas personajları olan Kosa  və Keçəlin şirin, baməzə söhbətləri, şən zarafatları tədbirə xüsusi ovqat bəxş etdi. Üç saatadək davam edən bayram şənliyində, həmçinin ulu babalarımızın bugünkü nəslə yadigar qalan qədim el sənətləri nümayiş olundu,  bolluq və bərəkət rəmzi olan səməni və şirniyyatlarla bəzədilmiş bayram süfrələri iştirakçılarda xoş ovqat yaratdı.

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında