Binəqədi rayonunda Novruz şənliyi

 

 

  Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Zərifə Əliyeva adına parkda  Novruz şənliyi keçirilmişdir. Bayram tədbirində  rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları, ziyalılar, ağsaqqallar təmsil olunurdular.

Parkdakı tonqal ətrafına yüzlərlə adam yığışmışdı. Bir yandan qara zurnanın sədaları ucalır, bir tərəfdə aşıqlar çalıb-oxuyurdular. Ulu keçmişimizdən, müqəddəs adət-ənənələrimizdən xəbər verən məişət mənzərələri bir-birini əvəz edirdi. Milli geyimli qızlar əllərində duz-çörək, paxlava, qoğal, şəkərbura paylayırdılar, rəsm həvəskarları əl işlərini nümayiş etdirir, idmançılar öz məharətlərini göstərirdilər.

Rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar şöbəsinin müdiri Tamilla Hacıyeva bizimlə söhbətində ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən İlham Əliyevin xalqımızın milli adət-ənənələrinin qorunub saxlanması, onların səylə davam etdirilməsi, beynəlxalq aləmdə tanıtması və gələcək nəsillərə çatdırılması üçün gördüyü misilsiz işlərdən danışdı, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevayanın bu sahədə həyata keçirdiyi işlərə görə xüsusi minnətdarlığını bildirdi.

Bayram şənliyində rayon icra hakimiyyəti başçısı Xaləddin İsgəndərov, Milli Məclisin deputatları Madər Musayev və Rafael Cəbrayılov iştirak edirdilər.

İncəsənət ustalarının ifası bayram şənliyinə xüsusi ovqat gətirdi.

V.BAYRAMOV,

“Xalq qəzrti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında