Azərbaycan gəncləri müasir texnologiyanın imkanlarından faydalanmalı və milli dəyərləri qoruyaraq gələcək nəslə çatdırmalıdırlar

 

 

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) rəhbərliyi Kənd Təsərrüfatı Nazirliyində gənclərlə görüşmüşdür.

YAP GB-dən AzərTAc-a bildirmişlər ki, tədbirdə kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov görüşün əhəmiyyətindən, ölkəmizin keçdiyi inkişaf yolundan ətraflı danışaraq bugünkü Azərbaycan gənclərinin məqsəd və vəzifələrindən söz açmışdır. Bildirmişdir ki, Azərbaycanda gənclərlə bağlı mühüm layihələr həyata keçirilir. Məqsəd gənclərin intellektual səviyyəsini yüksəltmək, milli düşüncəli əsl azərbaycanlı gəncliyi yetişdirməkdir. Gənclərə bu istiqamətdə geniş imkanlar yaradılır. Onlar bu məqamdan məqsədyönlü şəkildə istifadə etməli, ölkəmizin möhkəmlənməsinə öz töhfəsini verməlidirlər.

YAP GB-nın sədri Seymur Orucov qeyd etmişdir ki, Azərbaycanda bütün sahələr kimi, aqrar sektor da dünyanın müasir tələblərinə cavab verən texnologiyalarla təmin olunmuş və bu sahə hər zaman dövlətimizin diqqət mərkəzindədir. Tarixən kənd təsərrüfatı sahəsi iqtisadiyyatın aparıcı sahələrindən biri olmuşdur. Texnologiyanın inkişafı insanların ünsiyyət formasını dəyişmişdir. Ona görə bu inkişafdan istifadə etmək lazımdır. Bu baxımdan gənclərimiz sosial şəbəkələrdə fəal olmaqla dövlətçiliyimizi müdafiə etməlidirlər.

YAP Yasamal rayon təşkilatı gənclər birliyinin sədri Bəxtiyar Nəbiyev vurğulamışdır ki, informasiya-kommunikasiya texnologiyalarının inkişafından müsbət mənada faydalanmaq lazımdır. Bu gün dövlət siyasətinin əsas istiqaməti gənclərin müasir texnologiyanın imkanlarından faydalanması və milli dəyərləri qoruyaraq gələcək nəslə çatdırmasıdır.

Partiyanın Yasamal rayon təşkilatı idarə heyətinin üzvü Daşqın Qənbərov isə ölkəmizin son illərdə qazandığı uğurlardan geniş danışmışdır.

Daha sonra gənclər Prezident İlham Əliyevin onlara göstərdiyi diqqət və qayğından söz açaraq yaradılmış imkanlara görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə etmişlər.

Tədbirin sonunda gənclər maraqlı təkliflərlə çıxış etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında