Yasamal rayon gəncləri idman uğurlarımızdan bəhs edən tədbir keçirdi

 

 

Yasamal Rayon Gənclər və İdman İdarəsi tərəfindən, Yasamal rayon Heydər Əliyev Mərkəzində ümummilli liderimizin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Müstəqil Azərbaycan idmanının yüksəlişində Heydər Əliyev fenomeni” mövzusunda tədbir keçirilmişdir.

Toplantıda Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Şahin Məmmədov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Yasamal rayonunun və ümumilikdə respublikanın fəxri kiqboksinq üzrə 16 qat dünya çempionu Eduard Məmmədov iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Yasamal rayon Gənclər və İdman İdarəsinin rəsi İlham Səfərov ümummilli lider Heydər Əliyevin ölkə idmanına göstərdiyi diqqət və qayğıdan, rayon üzrə yeniyetmə və gənclər arasında idmanın inkişafı istiqamətində atılan addımlardan, dövlətimizin idmana olan böyük qayğısından və idman nəticələrimizdən söhbət açdı.  Daha sonra Bakı şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov geniş məzmunlu çıxış edərək, ölkəmizin bugünkü idman səviyyəsinin əldə olunmasında ulu öndər Heydər Əliyevin qarşıya qoyduğu prioritet vəzifələr və həyata keçirdiyi işlərdən danışdı. Natiq ulu öndərin Azərbaycanı inkişaf etdirməyin əsas yollarından birinin məhz idman olduğu fikini əsas tutaraq onun bu sahənin dirçəlməsində çəkdiyi əvəzolunmaz zəhmətdən və qoyub getdiyi idman irsindən söhbət açdı. R.Abbasov bu gündə Prezident İlham Əliyevin bu kursu layiqincə davam etdirməsini və son olimpiada oyunlarında qazanılan nəticələrin də buna əyani sübut olduğunu vurğuladı.

Sonda Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Şahin  Məmmədov dövlətin idman sahəsinə göstərdiyi qayğıdan, görülən konkret işlərdən və Yasamal rayonunda idmançılara yaradılan şəraitdən söhbət açaraq bütün bunların ümummilli lider Heydər Əliyevin bizlər üçün qoyub getdiyi idman siyasətinin məntiqi nəticəsi olduğunu qeyd etdi.

Tədbirin rəsmi hissəsindən sonra Yasamal rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilmiş “Cəsurlar” və “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliklərinin, məktəblilərin  XXV Spartakiadasının, habelə gənclər arasında “Azərbaycan idmanının inkişaf yolu və olimpiya ulduzlarımız” mövzusunda inşa yazı müsabiqəsinin qalibləri müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırıldı.

Sonda ümummilli lider Heyər Əliyevin və Prezident İlham Əliyevin yürütdükləri idman siyasətindən və onun uğurlarından bəhs edən video-çarx izlənildi.

Anar TURAN, “Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında