Koreya şirkəti Azərbaycanda optik kabel çəkilişində maraqlıdır

 

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Cənubi Koreyanın LS Cable&System şirkətinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə RİTN-in şöbə müdirləri, Aztelekom, Bakı Telefon Rabitəsi İstehsalat birliklərinin nümayəndələri iştirak edib. Bu barədə nazirliyin  mətbuat xidməti məlumat yayıb.

Şirkətin marketinq şöbəsinin müdiri Con Ceong təmsil etdiyi müəssisə haqqında məlumat verərək bildirib ki, onlar əsasən telekommunikasiyada və elektrik enerjisinin təchizatında istifadə olunan kabellər istehsal edirlər. Şirkətdə 40-a yaxın şöbə fəaliyyət göstərir və olduqca böyük çeşiddə məhsul satışa çıxarır. Dünyanın 26 ölkəsində 36 zavodun olduğunu önə çəkən qonaq fiber-optik və müxtəlif növ kabellərin həm istehsalı, həm onların keyfiyyəti üzrə beynəlxalq bazarda birinci yerdə durduqlarını söyləyib.

Azərbaycanda da telekommunikasiya sahəsində çox böyük layihələr həyata keçirildiyindən xəbərdar olduğunu vurğulayan Con Ceong bildirib ki, bütün ölkə üzrə aparılan optik kabelləşmə işlərində yaxından iştirak etmək niyyətindədirlər.

RİTN-in dövlət müəssisələrinin fəaliyyətini əlaqələndirmə şöbəsinin müdiri Mir-Heydər İsmayılov da öz növbəsində bildirib ki, hazırda bütün Azərbaycan üzrə fiber-optik kabel çəkilişi həyata keçirilir. Bunun üçün nazirliklə Dövlət Neft Fondu müştərək layihə reallaşdırır.

Qonaq tərəfindən verilən təkliflərə baxılacağını qeyd edən Mir-Heydər İsmayılov şirkət rəsmilərinə onların regionda zavodlarının olmamasını əsas gətirərək Azərbaycanda yaradılan texnoparkda müəssisə tikmələrini təklif edib. Öz növbəsində Con Ceong bunun çox gözəl təklif olduğunu, Azərbaycanın coğrafi mövqeyini və burada olan böyük bazarın mövcudluğunu nəzərə alaraq təklifə baxılacağını söyləyib. 

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında