Türkiyəli qonaqlar Dövlət Dəniz Administrasiyasında olmuşlar

 

 

Türkiyə Respublikası Parlamentinin deputatı Ahmet Arslanın başçılıq etdiyi və Türk Loydunun rəhbərliyinin də təmsil olunduğu nümayəndə heyəti martın 18-də Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasında (ARDDA) olmuşlar.

ARDDA-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə son dövrlərdə iki ölkə arasında dəniz nəqliyyatı sahəsində əməkdaşlığın uğurlarına toxunulmuş və gələcəkdə də əməkdaşlığın yüksək səviyyədə davam etdiriləcəyinə əminlik vurğulanmışdır.

Qeyd olunmuşdur ki, “Gəmilərin nəzarət yoxlanılmasına dair Memoranduma” əsasən, Türk Loydu müqavilədə göstərilən öhdəlikləri müvəffəqiyyətlə yerinə yetirmişdir.

Eyni zamanda bildirilmişdir ki, Türk Loydunun Azərbaycanda fəaliyyətini genişləndirməsi üçün münbit şərait mövcuddur. Belə ki, respublikamızda ticarət gəmiçiliyi sahəsi getdikcə inkişaf edir, bu şəraitdən istifadə edərək gəmilərə texniki nəzarət sahəsində məqsədyönlü tədbirlərin həyata keçirilməsinə zərurət vardır. 

Türkiyəli qonaqlar digər sahələrdə olduğu kimi, Azərbaycan Respublikasının dəniz nəqliyyatı sahəsində də əldə etdiyi uğurlardan məlumatlı olduqlarını qeyd etmiş, ümumilikdə iki ölkə arasında əməkdaşlığın inkişafı ilə bağlı məmnunluqlarını bildirmişlər. Respublikamızın dəniz nəqliyyatı sahəsinin təsnifat cəmiyyətləri üçün cəlbedici olduğunu vurğulayan qonaqlar Türkiyə Loydunun da bu təsnifat cəmiyyətləri cərgəsində öndə olduğunu xatırladaraq, Dövlət Dəniz Administrasiyası tərəfindən Türkiyə Loyduna göstərilən dəstəyə görə təşəkkürlərini çatdırmışlar.

Sonda Türkiyə nümayəndə heyəti Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının inzibati binasında fəaliyyət göstərən Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında