“Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransın əhəmiyyəti barədə fikir mübadiləsi aparılmışdır

 

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə martın 18-də Gürcüstanın xarici işlər naziri Maya Pancikidzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Baş nazir Artur Rasizadə qeyd etmişdir ki, strateji tərəfdaşlıq səviyyəsində olan Azərbaycan-Gürcüstan münasibətləri bütün istiqamətlər üzrə fəal inkişaf edir. Baş nazir iki ölkə arasında xüsusilə iqtisadi sahədə əlaqələri yüksək qiymətləndirmişdir.

Azərbaycan hökumətinin başçısı ikitərəfli əlaqələrin inkişafının regionun ümumi vəziyyətinə müsbət təsir göstərdiyini vurğulamışdır.

Gürcüstanın xarici işlər naziri Maya Pancikidze “Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda Bakıda təşkil olunan beynəlxalq konfransın əhəmiyyəti barədə danışmışdır.

Maya Pancikidze Gürcüstanın Azərbaycana dost olduğunu, bütün beynəlxalq tədbirlərdə ölkəmizin mövqeyini dəstəklədiyini vurğulamışdır.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin inkişafına dair fikir mübadiləsi aparılmışdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında