Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu qalib jurnalistlərin adlarını açıqladı

 

 

5 mart 2013-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilmişdir.

Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası açaraq, şura üzvlərini iclasın gündəliyi ilə tanış etmişdir. Fondun icraçı direktoru Vüqar Səfərli “2013-cü il Novruz bayramı münasibətilə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsi”nin nəticələri ilə bağlı məlumat verərək bildirmişdir ki, müsabiqəyə 10 istiqamət üzrə 83 yazı daxil olmuş və 9 ekspert tərəfindən qiymətləndirilmişdir. Yazıların hər birinə 3 ekspert rəy vermişdir. Qaliblərin, müəyyənləşdirilməsi üçün V.Səfərli ekspert rəylərinin nəticələrini şura üzvlərinə təqdim etmişdir. Şuranın üzvü Əflatun Amaşov qeyd etmişdir ki, “bu müsabiqələrin, jurnalistlərin peşə hazırlığının artırılmasında böyük rolu var. Yazıların məzmunundan görünür ki, getdikcə jurnalistlərin peşəkarlığı artır”. Məsələ ilə əlaqədar digər şura üzvləri də öz fikirlərini bildirmişlər. Gələcəkdə belə müsabiqələrin sayının artırılması məqsədəuyğun hesab olunmuşdur. Müsabiqənin şərtlərinə görə 10 istiqamət üzrə ən yüksək bal toplamış 30 jurnalist qalib hesab edilmişdir. Bundan əlavə, yüksək bal toplamış, lakin qaliblər sırasına düşə bilməyən 10 jurnalistə həvəsləndirici mükafatlar təqdim olunacaq. Beləliklə, 30 qalib jurnalistin hərbirinə 1000 AZN, 10 jurnalistə isə 300 AZN məbləğində mükafat veriləcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında