Lerikin kəndlərinə təbii qaz verilmişdir

 

 

Novruz bayramı ərəfəsində Lerik rayonunun daha bir neçə kəndinin sakinləri təbii yanacaqla təmin edilmişlər. Bu münasibətlə Barzavu kəndində açılış mərasimi keçirilmişdir. Tədbirdə icra hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşıyev, Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyinin məsul əməkdaşları Fuad Şükürov və Araz Ağayev, eləcə də rayon ziyalıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

İcra hakimiyyəti başçısı aparatının sektor müdiri Əlipənah Bayramov qeyd etdi ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində son illər ölkədə mühüm nailiyyətlər əldə edilmişdir. Dövlət Proqramlarının və genişmiqyaslı layihələrin tətbiqi nəticəsində şəhər, kənd və qəsəbələrimiz simasını dəyişmiş, müasirləşmiş, əhalinin rifah halı daha da  yüksəlmişdir. Bu gün kəndlərimizə abad yollar çəkilir, infrastruktur yenilənir, əhalinin sosial-məişət problemləri həll olunur. Bu gün 200 abonenti olan 3 kəndə mavi qaz verilir. Bununla da mavi yanacaqla təmin olunan kəndlərimizin sayı 14-ə çatacaq.

Sonra “Azəriqaz” İstehsalat Birliyi departament rəisinin müavini Fuad Şükürov, kəndlərə qazın çəkilişini həyata keçirən “Kaspi Yıldız” şirkətinin məsul əməkdaşı Çingiz Məmmədov çıxış edərək kənd sakinlərini təbrik etdilər. Bildirildi ki, Lerikdə daha 17 kənddə qazlaşdırma işləri sürətlə aparılır.

Rayon icra hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşiyev kənd sakinlərinə bayram təbriklərini çatdırdı. O dedi ki, ilk dəfə cənab İlham Əliyevin tapşırığı ilə qısa vaxt ərzində 2006-cı ildə Lerik şəhərinə qaz xətti çəkilmiş , ötən illərdə 11 kəndə qaz verilmişdir. Bu gün daha 3 kəndin sakinləri bu sevinci yaşayırlar. Tezliklə qaz alan yaşayış məntəqələrimizin sayı 30-u keçəcək. Natiq Dövlət Neft Şirkəti rəhbərliyinin, Milli Məclisin üzvü İqbal Məmmədovun köməkliyi ilə rayonda aparılan tikinti-quruculuq işlərinin əhali tərəfindən razılıqla qarşılandığını vurğuladı.

Barzavu kənd sakini Əflatun Həsənov əhalinin dərin minnətdarlığını ifadə etdi. Kəndin sosial məsələlərinin ard-arda həllindən razılığını bildirdi.

Sonra qaz xəttinin rəmzi açılışını bildirən məşəl alovlandırıldı.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında