Lənkəranda bayram satış-yarmarkası

 

 

Hər il olduğu kimi, bu il də Novruz bayramı ərəfəsində Lənkəran Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə şəhərin dəmiryol vağzalının qarşısındakı böyük meydanda kənd təsərrüfatı və ərzaq mallarının satış-yarmarkası təşkil edilmişdir.

Bayramsayağı bəzədilmiş yarmarkadakı səliqə-sahman ilk baxışdan diqqət çəkirdi. Lənkəranla bərabər ətraf rayonlarda, həmçinin Bakı şəhərində fəaliyyət göstərən 32 firma və şirkət, eləcə də fermer təsərrüfatları tərəfindən 390 tondan çox müxtəlif növ ərzaq məhsulları, meyvə-tərəvəz və şirniyyat satışa çıxarılmışdı. Hər kəs buradan gözəl hədiyyələr  də ala bilərdi.

Alıcılara bayram süfrələrini bəzəmək, el şənliyini ürəkləri istəyən kimi keçirmək üçün arzu etdikləri məhsulları burada daha ucuz - bazardakından 25-30 faiz aşağı qiymətlərə almaq imkanı yaradılmışdı. Çox geniş çeşiddə keyfiyyətli malları əldə edən Lənkəran sakinləri satış-yarmarkanı dolu zənbil və torbalarla, gülə-gülə, sevinərək tərk edirdilər. Bayram çərəzləri, meyvələr, ət və balıq, eləcə də digər məhsullar hər kəsin ürəyincə idi.

Söhbət etdiyimiz sakinlərin hamısı  yaxşı bayram bazarlığı etmələrindən, qiymətlərin sərfəli, mallarınsa təzə və keyfiyyətli olmasından razı qaldıqlarını həvəslə vurğuladılar. Onlara bayram sevinci yaşatdığına görə ölkə rəhbəri möhtərəm İlham Əliyevə dərin minnətdarlıq duyğularını ifadə elədilər.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, hüquq-mühafizə orqanlarının  rəhbərləri, idarə və müəssisələrin nümayəndələri satış-yarmarkada iştirak etmişlər.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında