Nəsimi rayonunda Novruz şənliyi

 

 

Bərəkət və xeyirxahlıq təcəssümü, təbiətin oyanmasının simvolu olan Novruz bayramı Vətənimizin hər yerində olduğu kimi Nəsimi rayonunda da böyük ruh yüksəkliyi və təntənə ilə keçirilir.

Səməd Vurğun küçəsi ilə Vaqif prospektinin kəsişməsində yerləşən parkda böyük bayram tədbiri keçirildi. Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev hamını bu gözəl bayram münasibətilə təbrik edərək xoş arzularını bildirdi. O dedi ki, xalqımıza məxsus bütün müsbət keyfiyyətləri və mənəvi dəyərlərimizi əks etdirən, əsrlər boyu böyük sevinclə qeyd edilən Novruz əbədiyaşar bayramdır. Böyük inkişaf yolu ilə irəliləyən Azərbaycan bu il də əziz Novruz bayramını ruh yüksəkliyi ilə qeyd edir.

Şənlik böyük bayram konserti ilə davam etdi. Rayon məktəbləri şagirdlərinin, H.Sarabski adına Mədəniyyət evi kollektivi üzvlərinin ifaları hamını riqqətə gətirdi. Gözəl nəğmələr və şux rəqslər əsl bayram əhval-ruhiyyəsi yaradırdı.

Şənlikdə rayonun ümumtəhsil məktəblərinin hər biri çay süfrəsi açmışdı və bütün tədbir iştirakçıları Novruz nemətləri şəkərbura, paxlava, qoğala qonaq edildi. El ağsaqqalı Dədə Qorqud hamıya ruzi-bərəkət arzuladı, xeyir-dua dilədi. Novruzun simvolları Bahar qızı, Kosa, Keçəl insanlarda xoş ovqat yaradırdı. Həmin gün burada əsl Novruz şənliyi, el bayramı keçirildi.

Tədbirdə  Milli Məclisin  deputatı Ziyad  Səmədzadə iştirak edirdi.

Bayram münasibətilə rayondakı aztəminatlı və şəhid ailələrinə bayram sovqatı verildi.

Ayaz HƏMİDOĞLU,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında