"Altun qələm"li Azərbaycan jurnalisti

{nl}

Azərbaycan jurnalisti, "AzərTAc"ın Orta Asiya və Qazaxıstan üzrə xüsusi müxbiri Qulu Kəngərli Özbəkistanın "Altun qələm" milli mükafatını almışdır. Soydaşımız bu təltifə iki ölkənin mediası arasında yaratdığı işgüzar, faydalı əlaqələrə, ortaq tarixi-mədəni dəyərlər barədə tədqiqatlarına görə layiq görülmüşdür. Həmyerlimiz bu mükafatı alan ilk azərbaycanlıdır.
Qulu Kəngərli 1957-ci ildə Qərbi Azərbaycanın Dərələyəz mahalında doğulub. 1983-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 15 il Azərbaycan Dövlət Radiosunda müxtəlif vəzifələrdə çalışıb. 1998-ci ildən "AzərTAc"-ın Orta Asiya və Qazaxıstan üzrə xüsusi müxbiridir. Onu müxtəlif janrlarda çoxsaylı yazıları, radio verilişləri ilə yanaşı, "Qara yanvar şəhidləri" və "Erməni lobbisi - Azərbaycan faciəsi" kitabları, "Bakıda insan ovu" sənədli filmi də (ssenari müəllifi) yurdsevər bir yazar kimi tanıdıb.
Həmkarımız Orta Asiyada çalışdığı 12 il müddətində bu respublikalarda ölkəmizin dövlət informasiya agentliyinin təmsilçisi olmaqla yanaşı, geniş mədəni missiyanın fəal iştirakçısına da çevrilib. Vaxtilə səhralara sürgün olunmuş soydaşlarımızın bəlalı taleyi, Orta Asiyadakı Azərbaycan diasporunun fəaliyyəti Qulu Kəngərlinin daimi mövzusudur. "Sürgün" sənədli filmi məhz belə yaranıb. Mənsub olduğu qədim kəngərli tayfasına bağlı olan qaraqalpaklarla tarixi köklərin ortaqlığı da Azərbaycan jurnalistinin əlavə axtarış obyektidir.
Hazırda Daşkənddə yaşayan həmkarımızı telefonla təbrik etdik, ürək sözlərini dinlədik:
- Azərbaycanla Özbəkistan arasında hərtərəfli əlaqələrin dərin tarixi kökləri olduğu kimi, geniş perspektivləri də var. Sadəcə, çalışmaq, can yandırmaq, qarşılıqlı-faydalı işlər görmək lazımdır. Prezidentlər İlham Əliyev və İslam Kərimovun bu yöndə atdıqları inamlı addımlar, sərgilənən xoş məramlar hər bir azərbaycanlını və özbəyi dostluq və qardaşlığın yeni mərhələsini zənginləşdirməyə həvəsləndirir.
Son illərdə Azərbaycan-Özbəkistan ədəbi-mədəni-elmi əməkdaşlığı xeyli fəallaşıb. Etiraf edək ki, vaxtilə bu əlaqələr daha sıx, məzmunlu olub. Bir zaman tarixdə dərin iz qoymuş geniştərkibli görüşlər, təcrübə mübadilələri, ədəbiyyat və incəsənət günləri keçirmək ənənəsini dirçəltmək vaxtı çatıb. Biz jurnalistlər informasiya mübadiləsini fəallaşdırmışıq, hər iki ölkənin yeniliklərini bir-birinə geniş çatdırırıq. Özbəkistanda Azərbaycanın uğurları barədə hər xəbəri sevinclə qarşılayırlar. Daşkənddəki səfirliyimiz Azərbaycan həqiqətlərini bu ölkədə geniş yayır, vaxtaşırı müxtəlif tədbirlər keçirir.
O ki, qaldı mənə verilən mükafata - bu, Azərbaycan jurnalistikasının Özbəkistana bəslədiyi sevgi və diqqətin əks-sədası, qiymətidir. Mən qələmimlə, sözümlə bundan sonra da iki qardaş xalq arasında mənəvi körpünün möhkəmlənməsinə çalışacağam. Sonda yaxınlaşan yubiley - Azərbaycan milli mətbuatının 135 illiyi münasibətilə bütün həmkarlarımı, "Xalq qəzeti"nin kollektivini ürəkdən təbrik edirəm, anadilli jurnalistikamıza, xalqımıza xidmət işində yeni uğurlar arzulayıram.

{nl}

Tahir AYDINOĞLU, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında