Xəzər rayonunun gəncləri biliklərini nümayiş etdirdilər

 

 

Xəzər Rayon Gənclər və İdman İdarəsi (XRGİİ) tərəfindən rayon gəncləri arasında breyn-rinq intellektual oyunu  təşkil edilmişdir. Mərasimi giriş sözü ilə açan XRGİİ-nin rəisi Vüqar Əliyev rayon gənclərinin mənəvi və fiziki cəhətdən inkişaf etdirmək, intellektual səviyyələrini artırmaq məqsədilə müxtəlif tipli tədbirlərin keçirildiyini və bu tədbirlərə gənclərin böyük maraq göstərdiklərini bildirdi.

O qeyd etdi ki, “Azərbaycan Gəncliyi Dövlət Proqramı”nın (2011-2015-ci illər) icrasını təmin etmək, Novruz bayramını rayonda geniş qeyd etmək, istedadlı gəncləri aşkar etmək, onların intellektual səviyyəsinin inkişafını təmin etmək  məqsədilə keçirilən bu oyunda rayonun ən bacarıqlı gəncləri iştirak edir. Tədbirdə çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini  Aydın Yusifov, Xəzər Rayon İcra Hakimiyyətinin  ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov  gələcəyin qurucusu olan gəncliyin inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğıdan söhbət açdılar, müasir gəncliyimizin dünyanın ən qabaqcıl və yüksək intellektual səviyyəyə malik olduğunu vurğuladılar.

Sonra 7 komandanın tərkibində 35 gəncin mübarizə apardığı breyn-rinq oyununa start verildi. Yarışın nəticələrinə görə “Polis Akademiyası”, “Xəzər” və “Sərhədçilər” komandaları ilk üçlükdə qərarlaşdılar.

Leyla QURBANOVA,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında