Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə idarəsi müasir binada fəaliyyət göstərəcək

 

 

Muxtar respublikamızda dövlət orqanlarının fəaliyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə idarəsi üçün ayrılan bina yenidənqurmadan sonra istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova məlumat verilmişdir ki, binanın yenidən qurulmasına bu ilin yanvar ayında başlanılmışdır. Qısa zamanda binanın interyeri müasir görkəmə salınmış, qapı və pəncərələri dəyişdirilmiş, elektrik və istilik xətləri yenilənmiş, dəhlizlərə mərmər döşənmişdir.

İki mərtəbədən ibarət olan binada 13 iş otağı, arxiv, iclas zalı və yardımçı otaqlar istifadəyə verilmiş, iş otaqları mebel dəstləri ilə təmin edilmişdir. Yenidənqurma zamanı keyfiyyətə diqqət yetirilmiş, fasad hissəyə müasir görkəm verilmiş, yeni qazanxana yaradılmışdır.

Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə idarəsinin rəisi Fazil İbrahimov yaradılan yüksək iş şəraitinə görə kollektiv adından minnətdarlıq etmiş, qarşıya qoyulan vəzifələrin icrası istiqamətində səylə çalışacaqlarını bildirmişdir.

Naxçıvan şəhərinin avtomobil yolları yenidən qurulur

Muxtar respublikada yol-nəqliyyat kompleksinin yeniləşməsi və beynəlxalq standartlara uyğunlaşdırılması həyata keçirilən quruculuq işlərinin əsas tərkib hissəsinə çevrilmişdir. Rayon və kəndlərdə olduğu kimi, paytaxt Naxçıvan şəhərinin avtomobil yolları da müasir tələblər səviyyəsində yenidən qurulur.

Martın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan şəhərinin Cəlil Məmmədquluzadə küçəsində aparılan yol-tikinti işlərinin gedişi ilə maraqlanmışdır.

Məlumat verilmişdir ki, şəhərin Cəlil Məmmədquluzadə küçəsindən keçməklə Əziz Əliyev küçəsi ilə Heydər Əliyev prospektini birləşdirən yolun ümumi uzunluğu 1,5 kilometrdir. Tikinti işləri zamanı yolun yatağı genişləndirilərək 23 metrə çatdırılmış, köhnə asfalt örtüyü götürülmüşdür. Hazırda yol yatağında bərkitmə işləri aparılır, ərazidəki rabitə və elektrik xətləri yeraltı sistemə keçirilir, yol asfalt örtüyün verilməsi üçün hazır vəziyyətə gətirilir. 4 hərəkət zolağından ibarət olacaq yolun kənarlarında 3 kilometr uzunluğunda səkilər salınacaq, yağış sularının axıdılması üçün beton suaxıdıcılar çəkiləcək, yolun hər iki tərəfində işıqlandırma sistemləri qurulacaqdır.

Nəqliyyatın daha intensiv hərəkət etdiyi bu yolda tikinti işləri başa çatdırıldıqdan sonra Əziz Əliyev küçəsi-Heydər Əliyev prospekti və əks istiqamətdə avtomobillərin rahat və təhlükəsiz hərəkəti təmin olunacaqdır.

Ali Məclisin sədri yolun layihəsinə baxmış, tikinti işlərinin gedişi ilə bağlı müvafiq tapşırıqlar vermişdir.

Naxçıvan şəhərində Biznes Mərkəzi inşa olunmuşdur

Naxçıvan şəhərinin Nəsrəddin Tusi küçəsində inşa olunan Naxçıvan Biznes Mərkəzində hazırda son tamamlama işləri görülür.

Martın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Biznes Mərkəzinə baxmış son tamamlama işlərinin gedişi ilə maraqlanmışdır.

Məlumat verilmişdir ki, milli memarlıq ənənələrinə uyğun olaraq inşa edilən mərkəz inzibati hissə və geniş sərgi salonundan ibarətdir. 1800 kvadratmetr olan sərgi salonunda müasir soyutma və istilik sistemləri quraşdırılmışdır. Hazırda salonda ayrı-ayrı pavilyonların qurulması işləri həyata keçirilir. Binada müasir tərcümə avadanlıqları, proyektorlar və səs gücləndiricilər quraşdırılmışdır. Burada yaradılan şərait müxtəlif tədbirlərin, biznes forumların, işgüzar görüş və konfransların keçirilməsinə imkan verəcəkdir. Həmçinin mərkəzdə yerli məhsulların tanıdılması və satışı da həyata keçiriləcəkdir.

İnzibati hissədə geniş zal və ayrı-ayrı iş otaqları vardır. Burada “Naxçıvan Biznes Mərkəzi”nin işçilərinin fəaliyyəti üçün lazımi şərait yaradılıb.

Ali Məclisin sədri görülən işlərlə yaxından tanış olmuş, son tamamlama işlərinin gedişi ilə əlaqədar müvafiq tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında