Azərbaycanın işğal olunmuş ərazilərinin narkotik vasitələrin beynəlxalq qanunsuz dövriyyəsi üçün istifadə edilməsi ciddi narahatlıq doğurur

 

 

Azərbaycanın İran ilə dövlət sərhədinin 132 kilometr hissəsinin işğal altında olması səbəbindən  həmin ərazilərin narkotik vasitələrin beynəlxalq qanunsuz dövriyyəsi üçün istifadə edilməsi ciddi narahatlıq doğurur. AzərTAc xəbər verir ki bu sözləri martın 15-də Dövlət Sərhəd Xidmətinin (DSX) İstintaq və Təhqiqat İdarəsinin rəisi, polkovnik Azər İbrahimov keçirdiyi mətbuat konfransında demişdir.

İdarə rəisi  bildirmişdir ki, ABŞ Dövlət Departamentinin narkotik vasitələrin beynəlxalq qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə bürosunun “Narkotiklər üzrə beynəlxalq nəzarət”  adlı strateji hesabatında Azərbaycan ərazisindən 11 tonadək narkotik vasitə olan heroinin tranzit keçirilməsinin ehtimal edilməsi, həmçinin Azərbaycanın dövlət sərhədinin işğal olunmuş ərazilərdəki hissəsinə nəzarət edə bilməməsindən narahatlıq ifadə olunmuşdur.

A.İbrahimov qeyd etmişdir ki, bəzi kütləvi informasiya vasitələrində hesabatın aidiyyəti müddəaları ictimaiyyətə təhrif olunmuş formada çatdırılmışdır. Kütləvi informasiya vasitələri bu cür məlumatların yayılmasına daha həssaslıqla yanaşmalıdırlar.

DSX-nin rəsmisi ölkəmizin işğal olunmuş ərazilərinin Azərbaycan sərhədçiləri tərəfindən nəzarət altına alınanadək hesabatda qeyd olunan miqdardan da çox narkotik vasitənin həmin ərazilərdən keçirilməsinin və bundan sonra da keçiriləcəyinin günümüzün reallığı olduğunu söyləmişdir.

Vurğulanmışdır ki, işğal altındakı ərazilərə Azərbaycan Respublikası tərəfindən nəzarət edilməməsi nəticəsində orada narkotrafiklə yanaşı, qeyri-qanuni miqrasiya, silah qaçaqmalçılığı, beynəlxalq terrorçuların hazırlanması düşərgələrinin fəaliyyəti üçün də əlverişli şərait yaranmışdır. Dünya xəritəsində bir növ “qara dəliyə” çevrilmiş həmin ərazilərdən nüvə silahı komponentlərinin daşınması üçün istifadə olunması da istisna deyildir.

Mətbuat konfransında, həmçinin DSX tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması sahəsində  son illər əldə olunmuş mühüm nəticələr barədə də məlumat verilmişdir. Qeyd olunmuşdur ki, 2012-ci ildə həyata keçirilmiş tədbirlər nəticəsində ümumi çəkisi 251 kiloqram olan narkotik vasitələrin, o cümlədən 26 kiloqram heroin, 102 kiloqram tiryək, 108 kiloqram həşiş qətranı, 7 kiloqram marixuana və 8 kiloqram psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə dövlət sərhədindən ölkə ərazisinə keçirilməsinin qarşısı alınmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında