“Bakı Ağ Şəhər” layihəsi çərçivəsində Port rayonunun baş plan konsepsiyasının işlənilməsi başa çatmışdır

 

 

“Bakı Ağ Şəhər” layihəsi çərçivəsində Port rayonunun baş plan konsepsiyasının işlənilməsi başa çatmışdır. Ümumi sahəsi 74 hektar olan Port rayonu Yusif Səfərov, Xaqani Rüstəmov küçələri və Nobel prospektinin əhatə etdiyi ərazidə və Bakı buxtasına bitişik sahələrdə yerləşəcəkdir. “Bakı Ağ Şəhər” ərazisinin qərb hissəsindəki rayon Bakının mərkəzi ilə birləşəcəkdir.

Port rayonu yeni bulvar xətti boyunca amfiteatr şəklində yerləşmiş müxtəlif mərtəbəli binalardan ibarət olacaqdır. Yeni bulvara ən yaxın olan binaların mərtəbələrinin sayının 3-dən 24-ə qədər olması planlaşdırılır. Onlardan sonra yerləşən və 32-dən 45-dək mərtəbəsi olan hündür binalar isə rayonun siluetini vizual olaraq tamamlayacaqdır. Binaların bu cür quruluşu dəniz sahilinin, o cümlədən Bayraq Meydanının panoramasına həyəcanlandırıcı görüntü verəcəkdir.

Layihədə infrastruktur obyektləri, məktəblər, parklar, meydançalar ilə yanaşı, Neftçilər prospektinin uzadılması və müasir meqapolisin bütün tələblərinə cavab verən yeni yolların və piyada keçidlərinin salınması insanların komfort hərəkətini və yeni ofis binalarına, otel və yaşayış komplekslərinə rahat girişini təmin edəcəkdir.

Hazırda “Bakı Ağ Şəhər” layihəsinin Yaşıl Ada rayonunun və Sahil rayonunun qərb hissəsinin mənimsənilməsi başa çatmaq üzrədir. Layihə çərçivəsində investorlar üçün iki başqa rayonda yeni imkanlar açılır. Bunlar -"Bakı Ağ Şəhər"-in mərkəzi rayonu olan Fəvvarələr meydanı və podiumlarda, Nizami parkından yuxarıda yerləşən və sahilyanı bulvara gözəl mənzərəsi açılan 7-19 mərtəbəli orta hündürlüklü binalardan ibarət Park rayonudur.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında