Paytaxtda əhalinin sıx toplaşdığı yerlərdə videonəzarət sistemləri quraşdırılacaqdır

Bakıda əhalinin sıx toplaşdığı yerlərdə və obyektlərdə videonəzarət sistemləri yaradılacaqdır.
Bu, Nazirlər Kabinetinin "Əhalinin sıx toplaşdığı yerlərdə və obyektlərdə videonəzarət sistemlərinin yaradılması barədə" 2010-cu il 6 iyul tarixli qərarına əsasən həyata keçiriləcəkdir.
Sənəddə göstərilir ki, Nazirlər Kabineti bu qərarı Daxili İşlər, İqtisadi İnkişaf, Fövqəladə Hallar, Milli Təhlükəsizlik nazirliklərinin və Xüsusi Dövlət Mühafizə Xidmətinin razılaşdırılmış təkliflərini nəzərə alaraq qəbul etmişdir.
Qərarda deyilir ki, əhalinin təhlükəsizliyinin, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunması, hüquq qaydasına riayət edilməsi vəziyyətinin fasiləsiz və canlı izlənilməsi, qanunazidd hərəkətlərə, fövqəladə hallara çevik reaksiya verilməsi məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin videonəzarət sistemləri bir sıra yerlərdə və obyektlərdə quraşdırılsın. Sənəddə nəzarət sisteminin quraşdırılacağı yerlər də sadalanır. Bunlar əhalinin sıx toplaşdığı yerlər, o cümlədən parklar, xiyabanlar, meydanlar, küçə və prospektlər, yeraltı keçidlər; stadionlar və idman arenaları; böyük ticarət və əyləncə mərkəzləri; mehmanxanaların yaxınlığı; məscidlərin, kilsələrin, sinaqoqların, ziyarətgahların və digər kütləvi ibadət yerlərinin bilavasitə yaxınlığıdır.
Obyektlərdə, o cümlədən nəqliyyat infrastrukturlarında: yerli və respublika əhəmiyyətli yollarda və avtomagistrallarda; yol ötürücülərində və körpülərdə; avtomobil və dəmir yolu vağzallarında, hava və dəniz limanlarında; dəmir yolu və metro stansiyalarında, platformalarında; avtomobil, habelə sərnişin daşıyan nəqliyyat vasitələrinin park və dayanacaqlarında; sərnişin daşımalarında istifadə edilən nəqliyyat vasitələrində; Azərbaycan Respublikasının icra, qanunvericilik və məhkəmə hakimiyyəti orqanlarının inzibati binalarının ətrafında; həyat təminatlı mühüm və strateji əhəmiyyətli dövlət obyektlərinin yaxınlığında; mülkiyyət növündən asılı olmayaraq, bank və kredit təşkilatlarının ətrafında; Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik nümayəndəliklərinin və konsulluqlarının, beynəlxalq təşkilatların nümayəndəliklərinin binalarının ətrafında; təhsil müəssisələrinin yaxınlığında; bütün taksofon aparatlarının bilavasitə yaxınlığında da nəzarət sistemi quraşdırılacaqdır.
AzərTAc{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında