Xaçmazda Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi açılmışdır

Bu münasibətlə keçirilən mərasimində iştirak edən fövqəladə hallar naziri, general - polkovnik Kəmaləddin Heydərov ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoymuşdur.

{nl}

Nazir bina ilə tanış olduqdan sonra bildirmişdir ki, bölgələrdə regional mərkəzlərin yaradılmasının mühüm əhəmiyyəti vardır. Regional mərkəzlər bölgələrdə təbii fəlakətlərə operativ müdaxilə etməyə və ilkin yardım göstərməyə imkan verir. Burada, həmçinin dağ-mədən nəzarəti, yanğın təhlükəsizliyi, tikintilərə nəzarət və ekspertiza, digər profilaktiki tədbirlər də həyata keçirilir. Fövqəladə hallar naziri vurğulamışdır ki, artıq ağır texnikaların regional mərkəzlərə göndərilməsi prosesinə başlanılmışdır.

{nl}

Şimal Regional Mərkəzi 5 rayonu əhatə edir. Müasir standartlara cavab verən avadanlıqla təchiz olunan regional mərkəzdə idman zalı və tədris otağı da vardır. Binada 112 zəng mərkəzi ilə birbaşa video əlaqə saxlamaq imkanı yaradılmışdır. Regional mərkəz xilasedicilər üçün xüsusi nəqliyyat vasitəsi, nasoslar, generatorlar, kəsici - doğrayıcı alətlərlə təchiz olunmuşdur.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında