Azərbaycanda orta aylıq əmək haqqı 507 dollara çatmışdır

 

 

Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı fevralın 1-nə 1 470,1 min nəfər olub və onlardan 891 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 579,1 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

“APA-Economics”in xəbər verdiyi kimi, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Muzdla işləyənlərin 23,2%-i təhsildə, 19,1%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,3%-i sənayedə, 8,9%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,7%-i tikintidə, 4,9%-i nəqliyyat və anbar təsərrüfatında, 3,6%-i peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8%-i informasiya və rabitə sahəsində və 16,6%-i iqtisadiyyatın digər sahələrində məşğul olurlar.

Bu ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 398,1 manat (507 ABŞ dolları) təşkil edib ki, keçən ilin yanvar ayına nisbətən 8,1% artıb. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, tikintidə, peşə, elmi və texniki fəaliyyət sahəsində, nəqliyyat və anbar təsərrüfatında orta aylıq nominal əmək haqqı daha yüksək olmuşdur. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında