"Bir pəncərə" prinsipinin tətbiqi sahəsində Azərbaycanın təcrübəsi regionda nümunə kimi qiymətləndirilir

{nl}

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən bildirmişlər ki, iyulun 9-da Dünya Gömrük Təşkilatının Bakı şəhərindəki Regional Tədris Mərkəzində "Bir pəncərə" prinsipi və biznes prosesinin təhlili üzrə potensialın gücləndirilməsi" mövzusunda seminar işə başlamışdır.
Seminar Birləşmiş Millətlər Təşkilatının Avropa üzrə İqtisadi Komissiyası, BMT-nin Asiya və Sakit Okean regionu ölkələri üçün İqtisadi və Sosial Komissiyası və Asiya İnkişaf Bankı tərəfindən təşkil olunmuşdur.
Tədbirə "bir pəncərə" prinsipinin tətbiqi ilə bağlı Azərbaycan nümunəsinin öyrənilməsi mövzusunda iyulun 6-dan 8-dək Bakıda keçirilmiş beynəlxalq seminarın iştirakçıları, o cümlədən Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramında (CAREC) iştirak edən ölkələrin dövlət və özəl sektorlarının və beynəlxalq ticarət münasibətləri ilə məşğul olan şirkətlərin, eləcə də Azərbaycanda fəaliyyət göstərən işgüzar dairələrin nümayəndələri qatılmışlar. Seminarın açılışında çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev vurğulamışdır ki, bu gün Azərbaycanda geniş quruculuq işləri aparılır, iqtisadi islahatlar həyata keçirilir. Bütün sahələrdə əldə edilmiş nailiyyətlərə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiya sayəsində nail olunmuşdur.
"Bir pəncərə" prinsipinin tətbiqi ilə bağlı Azərbaycan nümunəsinin öyrənilməsinə dair Bakıda keçirilmiş seminara toxunan DGK sədrinin müavini qeyd etmişdir ki, ölkəmizdə ticarətin dəstəklənməsi istiqamətində istifadə olunan vasitələrin ən əhəmiyyətlilərindən biri də Prezident İlham Əliyevin 2008-ci il 11 noyabr tarixli fərmanı ilə "bir pəncərə" prinsipinin reallaşması olmuşdur. Dövlət sərhədinin buraxılış məntəqələrində "bir pəncərə" prinsipinin tətbiqi qısa müddətdə tam reallaşmış, müvafiq dövlət qurumları ilə əlaqələndirmə işi həyata keçirilmiş və onun elektron platforması müəyyənləşmişdir. Hazırda "bir pəncərə" sisteminin tətbiqi vasitəsilə yoxlama və rəsmiləşdirmə prosedurlarının keyfiyyəti xeyli dərəcədə artmış, bu mexanizmin tətbiqindən həm dövlət, həm də özəl sektor, nəticə etibarilə isə cəmiyyətin faydalanmasına əsaslı zəmin yaranmışdır.
"Bir pəncərə" prinsipinin tətbiqi sahəsində Azərbaycan təcrübəsinin regionda nümunə kimi qiymətləndirilməsinin əlamətdar hadisə olduğunu söyləyən Ə.Abdullayev bildirmişdir ki, hazırkı seminar da ticarətin dəstəklənməsinə yönələn işlərin davamıdır. Bu tədbir biznesin idarə edilməsi, ticarət proseslərinə cəlb olunmuş tərəflərin potensialının gücləndirilməsi, ümumiyyətlə, iqtisadi idarəetmə və planlaşdırma, menecment və fəaliyyət məsələlərində keyfiyyətin daha da artırılması, eləcə də elektron ticarətə keçidin asanlaşdırılmasına yardım baxımından çox əhəmiyyətlidir.
BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının nümayəndəsi Markus Pikart seminarın aktual mövzuya həsr olunduğunu vurğulamış və tədbirin sözügedən sahədə fikir və təcrübə mübadiləsi baxımından əhəmiyyətli olacağını bildirmişdir.
BMT-nin Asiya və Sakit Okean regionu ölkələri üçün İqtisadi və Sosial Komissiyasının nümayəndəsi Yann Düval diqqətə çatdırmışdır ki, "bir pəncərə" prinsipi və biznes prosesinin təhlili üzrə potensialın gücləndirilməsi hər bir ölkənin gömrük xidməti üçün vacib məsələdir və seminarda bu sahədə həllini gözləyən məsələlərə toxunulması ümumi işə töhfə verəcəkdir.
Asiya İnkişaf Bankının nümayəndəsi Ceff Prosak seminarda iştirakından məmnunluğunu söyləyərək tədbirin uğurlu geçəcəyinə əminliyini ifadə etmiş və müzakirə ediləcək məsələlərə tam aydınlıq gətirilməsi üçün iştirakçıları fəal olmağa çağırmışdır.
Seminarda biznes proseslərinin təhlilinə giriş, biznes-proseslərin təhlili layihəsi sahələrinin müəyyənləşdirilməsi, biznes prosesləri layihəsinin planlaşdırılması, modelləşdirilməsi və təhlilinin həyata keçirilməsi və digər mövzularda məruzələr dinlənilmişdir.
Sonda məruzələr ətrafında müzakirələr aparılmış və seminar iştirakçılarının sualları cavablandırılmışdır.
AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında