“Müasir ailənin cəmiyyətin inkişafında rolu” mövzusunda tədbir keçirilmişdir

 

 

Martın 12-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) arasında reallaşdırılacaq “Müasir ailənin cəmiyyətin inkişafında yeri və rolu” maarifləndirmə layihəsinə hazırlıq məqsədi ilə müzakirələr təşkil olunmuşdur.

Tədbir Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Gender Bərabərliyi və Qadın Problemləri üzrə Mərkəzinin rəhbəri Cəmilə Səttarovanın, AHİK-in üzv təşkilatlarının nümayəndələrinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyevanın iştirakı ilə keçirilmişdir.

Tədbirin əhəmiyyətindən danışan Cəmilə Səttarova mərkəzin fəaliyyəti haqqında geniş məlumat vermiş, müzakirələrdə 26 sahədən nümayəndələrin iştirak etdiklərini diqqətə çatdırmışdır. Bildirmişdir ki, mərkəzin müvafiq sahələrinin hazırda fəaliyyətdə olan 2500-dən artıq komissiyası mövcuddur ki, bu da 2012-ci illə müqayisədə 32 faiz artmışdır. İldən-ilə komissiyaların fəaliyyəti genişlənir, yerlərdəki işçi təşkilatlarda gender bərabərliyi ideyaları təbliğ olunur, müxtəlif tədbirlər, beynəlxalq təşkilatlarla birgə layihələr həyata keçirilir, seminarlar təşkil edilir.

Cəmilə Səttarova demişdir ki, artıq yeddi ildir fəaliyyət göstərən mərkəzin iş istiqamətləri müəyyənləşmişdir. Mərkəzin məqsədi hər işçi qadına layiqli əmək şəraitini və haqqını tələb etmək, zorakılığa etiraz, miqrasiya və digər sahələrdə gender probleminə dair fikirləri açıqlamaqla cəmiyyətdə rəy formalaşdırmaqdır. Əgər əvvəlki illərdə mərkəz tərəfindən keçirilən sorğularda statistika çərçivəsində qadınların payına dair suallar olurdusa, hazırda məzmun fərqi özünü göstərir. Qadınların peşə və ailə fəaliyyətinə üstünlük vermələrinə dair sorğulara gənc, orta və yaşlı nəsildən olan qadınların münasibətinin fərqli olduğu, sonuncuların ailəyə üstünlük verdikləri özünü göstərir.

Natiq Gender Bərabərliyi və Qadın Problemləri üzrə Mərkəzin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlığını vurğulamış, ailə problemlərinin həmkarlar ittifaqlarının da nəzərə aldığını qeyd etmiş və bu baxımdan tədbirin böyük əhəmiyyət daşıdığını bildirmişdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva “Müasir ailənin cəmiyyətin inkişafında yeri və rolu” maarifləndirmə layihəsi haqqında geniş məlumat vermişdir. Bildirmişdir ki, layihə 2013-cü ilin sonunadək Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatları arasında davam etdiriləcəkdir.

Məqsəd Konfederasiyanın üzvləri arasında  ailənin cəmiyyətdə rolunun yüksəldilməsi və inkişaf etdirilməsi, ailə dəyərlərinin qorunub saxlanılması, sağlam həyat tərzinin təbliği, əhalinin hüquqi düşüncəsinin inkişaf etdirilməsi, ictimai nəzarətin artırılması   istiqamətində təbliğatın aparılmasıdır.

Bildirilmişdir ki, layihə çərçivəsində milli-mənəvi dəyərlərin, ailə mədəniyyətinin, nəsillərarası münasibətlərin qorunub saxlanılması, insan alverinə qarşı mübarizə, erkən nikahın yaratdığı fəsadlar, gündəlik həyatda zorakılıq halları, sağlam həyat tərzinin təbliği, nikahın pozulması halları və onun fəsadları kimi mövzular ətrafında müzakirələr davam etdiriləcəkdir.

Sonda çıxışlar ətrafında fikir mübadiləsi aparılmış və suallar cavablandırılmışdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında