İsveçrənin “Die Wochenzeitung” qəzetində Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş məqalə dərc olunmuşdur

 

 

İsveçrənin nüfuzlu qəzetlərindən sayılan “Die Wochenzeitung”da

jurnalist Andre Vidmerin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqaləsi dərc edilmişdir.

Azərbaycanın İsveçrədəki səfirliyindən APA-ya verilən məlumata görə, məqalədə xüsusən qoşunların təmas xəttində yerləşən Füzuli rayonunun Alxanlı və Aşağı Əbdürrəhmanlı, eləcə də Tərtər rayonunun Həsənqaya kəndlərində mövcud vəziyyət, kənd sakinlərinin gündəlik həyat tərzi, atəşkəs rejiminin daim pozulması nəticəsində əhalinin üzləşdiyi təhlükələr, ermənilərin təcavüzkar siyasətinin fəsadları, infrastrukturun tamamilə dağıdılması, ərazilərin talan edilməsi barədə söz açılır.

Məqalənin “Düşmən nəzarətində olan rayon mərkəzləri” bölümündə Ermənistanın təcavüzkar siyasəti nəticəsində Füzuli rayonunun 62 yaşayış məntəqəsinin işğal edilməsi, rayon mərkəzinin hazırda düşmən tərəfindən nəzarət olunan ərazidə yerləşməsi diqqətə çatdırılır. Cəbhə xəttində yerləşən Azərbaycan kəndləri mövzusuna toxunan jurnalist burada 2011-ci ildə doğma evinin həyətində oynayan doqquz yaşlı Fariz Bədəlovun düşmən gülləsi ilə öldürüldüyünü xatırladır.

Məqalənin “Unudulmuş münaqişə” adlı digər bölümündə isveçrəli jurnalist qaçqın düşmüş insanların yaşadıqları anları və çəkdiyi əziyyəti məharətlə göstərmişdir. Məqalə müəllifi həmçinin ATƏT-in vasitəçilik rolunun bu günədək heç bir nəticə vermədiyini, müharibənin yenidən alovlanması ilə bağlı ekspertlərin ehtimallarını, Dağlıq Qarabağ və ətraf yeddi rayonun hələ də işğal altında saxlanılması faktını açıq şəkildə ön plana çəkmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında