Baş ravvin: Yəhudi millətinin nümayəndələri azərbaycanlılarla bərabər hüquqlara malikdirlər

 

 

Azərbaycanda yaşayan yəhudi millətinin bütün nümayəndələri azərbaycanlılarla bərabər hüquqlara malikdirlər. Bu hüquqlar ölkə hakimiyyəti tərəfindən qorunur. Bu barədə Trend-ə açıqlamasında Avropa yəhudiləri icmasının baş ravvini Şneor Seqal bildirmişdir.

Ravvinin sözlərinə görə, dünyada bütün millətlərin Azərbaycandakı kimi azad və sülh şəratində yaşadığı başqa bir ölkə yoxdur: “Biz həqiqətən də yaxşı yaşayırıq. Mən İsrail vətəndaşıyam. Üç ilə yaxındır ki, Azərbaycanda yaşayıram və hər yerdə özümü rahat hiss edirəm. Ölkədə yəhudilərə münasibət çox yaxşıdır. Başqa müsəlman ölkələrində olan ravvinlərlə görüşüm zamanı onlar mənə problemlərindən danışanda həmişə təəccüblənirəm. Onların əksəriyyəti bu ölkələrdə qorxu ilə yaşayır, hətta paltarlarını da dəyişirlər. Amma mən küçədə sinaqoqda olduğu kimi - dini paltarda gəzirəm”.

Şneor Seqal bildirmişdir ki, hökumət icmanın işlərinə həmişə diqqətlə yanaşır: “Hər il bayramlar vaxtı Azərbaycan hökuməti bütün gömrük rüsumlarından azad etməklə, bizə icma üçün ölkəyə matsa və digər məhsulların gətirilməsində yardım edir”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında