İmişlidə qadınlar bayramı qeyd olunmuşdur

 

 

8 Mart  Beynəlxalq  Qadınlar Günü münasibətilə  İmişli  rayonunda  tədbir  keçirilmişdir.  Heydər Əliyev  Mərkəzində  keçirilən tədbirdə  rayon  icra hakimiyyətinin  başçısı  Vilyam  Hacıyev  çıxış  edərək  xanımları   və onların timsalında  bütün  imişlili qadınları əlamətdar  gün  münasibətilə  təbrik  etmişdir.

 O, bildirmişdir ki,  ölkəmizin  inkişafında,  sosial rifahının  yüksəlməsində  qadınların xüsusi  rolu vardır. Təsadüfi   deyil ki,  qadınlar  həmişə ulu öndərimiz  Heydər Əliyevin  timsalında ən  böyük  qayğıkeşlərini,  himayədarlarını görürdülər.  Onlara qarşı   həmişə   xüsusi diqqət  və qayğısı ilə  seçilən  ümummilli  liderin  layiqli davamçısı, ölkə   başçısı  İlham Əliyev  də cəmiyyətin inkişafına qadınların xüsusi  töhfə verdiyini  dəfələrlə  bəyan  etmişdir.  Heydər Əliyev Fondunun prezidenti,  YUNESKO  və İSESKO-nun xoşməramlı  səfiri,  Milli  Məclisin  deputatı  Mehriban  xanım Əliyevanın   ictimai-siyasi  fəaliyyətindən danışan  rayon  rəhbəri bildirdi ki, Azərbaycanın  birinci  xanımı humanist   ideyaların  müəllifi  və  reallaşdırıcısı  olmaqla müasir  azərbaycanlı  xanımın simasına  çevrilmiş, dünyanın  bütün  aparıcı  xanımları  üçün  də  ən gözəl  örnək  olmuşdur.   Natiq  xüsusi  vurğuladı ki,  məhz  onun  təşəbbüskarlığı  sayəsində  Azərbaycanın milli-mədəni  irsinin  qorunmasına  və   beynəlxalq  təşkilatlarda  yüksək  səviyyədə  təmsil olunmasına  nail olunmuşdur.

Tədbirdə  iştirak  edən  xanımlara   mükafatlar,   bayram hədiyyələri və RİH-in  fəxri   fərmanları  verilmişdir.

Səməd HÜSEYNOĞLU,
“Xalq  qəzeti”nin  bölgə  müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında