Sabirabadlı qadınların bayramı

 

 

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Sabirabad rayonunda “Kür-Araz” şadlıq evində bayram tədbiri keçirilmişdir. Öncə qadınları bayram münasibətilə təbrik edən  rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov xüsusi vurğuladı ki, ümummilli liderimiz Heydər Əliyevin yaratdığı möhkəm və sarsılmaz təməl üzərində tərəqqi edən və Prezident İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində böyük inkişaf yoluna çıxan ölkəmizin həyatında qadınlar fəal mövqe tuturlar.

 İndi qadınlarımızın səsi dünyanın hər yerindən eşidilir. Onların təşkilatlanması və mövcud qadın təşkilatlarının birgə fəaliyyəti istiqamətində böyük işlər görülür. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın gördüyü işlər, mərhəmət və şəfqət prinsipləri əsasında həyata keçirdiyi layihələr xalqımızın ürəyincədir və bütün bunlar Azərbaycan qadınının qələbəsidir.

Bayram şənliyində Azərbaycana, ulu öndər Heydər Əliyevə, analarımıza, Vətənimizin hüsnünə vəsf edilmiş şeirlər və mahnılar səslənmişdir.

Tədbirdə çıxış edən qadınlar dövlət qayğısından razılıq etmiş, vətənimizin çiçəklənməsi və övladlarımızın vətənpərvərlik ruhunda tərbiyə olunması naminə mətanətli olacaqlarını, səylərini artıracaqlarını bildirmişlər.

Sonda tədbir iştirakçıları Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təbrik teleqramı qəbul etmişlər.

Səməd HÜSEYNOĞLU,
“Xalq  qəzeti”nin bölgə  müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında