11 iyul Ümumdünya Əhali Günüdür

Azərbaycanda hər gün orta hesabla 400-dən çox uşaq doğulur
2010-cu il iyul ayının 1-i vəziyyətinə Azərbaycan Respublikasının əhalisinin sayı ilin əvvəlindən 50 min nəfər artaraq 9 milyon 47 min nəfərə çatmışdır. Əhalinin 54 faizi şəhər, 46 faizi kənd yerlərində yaşayır.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə əhalisinin 49 faizini kişilər, 51 faizini qadınlar təşkil edir, 22 faizi 0-14 yaşda, 71 faizi 15-64 yaşda, 7 faizi 65 və yuxarı yaşda olanlardır. 14-19 yaşlı gənclər ölkə əhalisinin 31 faizini təşkil edir. Hesablamalara görə cari ildə doğulan körpələr üçün gözlənilən ömür uzunluğu 73,5 yaş, o cümlədən oğlanlar üçün 70,9 yaş, qızlar üçün 76,1 yaşdır.
Cari ilin birinci yarısında Azərbaycanda 76,3 min, gündə təxminən 421 körpə doğulmuş, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 7,3-dən 7,4-ə qədər artmış, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə qalmışdır. Birinci nikaha daxil olan kişilərin orta yaş həddi 27, qadınlar arasında 23 yaş olmuşdur.
İlin altı ayı ərzində Daxili İşlər Nazirliyinin müvafiq orqanları tərəfindən daimi yaşamaq üçün Azrbaycana 1,1 min nəfərin gəldiyi və 0,4 min nəfərin ölkədən getdiyi qeydə alınmışdır.

{nl}

T.ƏLİYEV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında