Zaqatalada 8 Mart – Beynəlxalq Qadınlar Günü müxtəlif tədbirlərlə qeyd edilmişdir

 

 

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının və idarə, müəssisə rəhbərləri, müxtəlif sahələrdə çalışan, eləcə də veteran qadınlar iştirak etmişlər. Öncə  Zaqatala qadınlarından bəhs edən film nümayiş etdirilmişdir.

 Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək ümummilli liderimiz Heydər Əliyevin qadınlarımıza həmişə qayğı və diqqət göstərdiyini, məhz ulu öndər tərəfindən “Azərbaycan qadınlarının rolunun artırılmasına dair tədbirlər haqqında” sərəncam, “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman imzalandığını qeyd etmiş, dahi rəhbərin layiqli davamçısı İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini vurğulamış, son illərdə müxtəlif sahələrdə çalışan qadınlara fəxri adların, fərdi təqaüdlərin verilməsini, onların orden və medallarla təltif olunmasının bunu bir daha təsdiq etdiyini xüsusi vurğulamışdır. Daha sonra natiq fitri istedadı, dərin zəkası və möhkəm iradəsi ilə seçilən Azərbaycan qadınlarının tarixin bütün dövrlərində səmərəli fəaliyyət göstərdiklərini bildirmiş, başda Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva olmaqla bütün respublika qadınlarını təbrik etmiş, Zaqatalanın ictimai-siyasi və mədəni həyatında qadınların fəal rolundan danışmış və onlara bayram arzularını söyləmişdir.

Şən musiqilərlə təşkil edilmiş bayram tədbirində qadınlara həsr olunmuş şerlər söylənilmiş, mahnılar oxunmuş, tamaşalar nümayiş etdirilmişdir.

Tədbirdə iştirak edən bütün qadınlara tər güllər, hədiyyələr təqdim olunmuşdur.

Elə həmin gün rayonun Yuxarı Tala kənd 1 saylı uşaq bağçasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Mübariz Əhmədzadə bağçanın balaca sakinlərini, onların valideynlərini əlamətdar hadisə münasibətilə təbrik etmiş, ölkəmizdə uşaqlara göstərilən qayğıdan danışmışdır. Ulu öndərimiz Heydər Əliyevin uşaqlara daim böyük sevgi və məhəbbət bəslədiyini xüsusi vurğulamış, bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin, habelə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bilavasitə diqqət və qayğısı sayəsində ölkəmizdə uşaqların sağlamlıqlarının qorunması, təlim-tərbiyəsi və təhsili sahəsində mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırmışdır.

Qeyd olunmuşdur ki, bu, rayonda əsaslı təmir olunan sayca 11-ci uşaq bağçasıdır. Natiq bu istiqamətdə tədbirlərin gələcəkdə də davam etdiriləcəyini, yeni bağçaların tikiləcəyini, köhnələrinin isə əsaslı təmir olunacağını bildirmişdir. Mərasimdə rayon təhsil şöbəsinin müdiri Habil Qurbanov, bağçanın müdiri Mirvari İsrafilova, valideynlər çıxış edərək uşaqların təlim-tərbiyəsinə göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.

 Uşaqların hazırladığı bədii proqramdan sonra bağçaya baxış keçirilmişdir. Bağçada 90 uşaq təlim-tərbiyə alacaqdır. Dövlət vəsaiti hesabına təmir olunan bağça yeni inventar və avadanlıqla təchiz olunmuş, həyətində abadlıq işləri aparılmışdır.

İ.MUSAOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında