Bakıda Novruz bayramı ərəfəsində satış yarmarkaları təşkil ediləcək

 

 

 Novruz bayramı ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sahibkarlarla birgə Bakı şəhərinin müxtəlif yerlərində satış yarmarkaları təşkil olunacaqdır.

İqtisadi İnkişaf Nazirliyi bildirir ki, yarmarkalar 16-19 mart 2013-cü il tarixlərində aşağıdakı ünvanlarda keçiriləcəkdir:

Binəqədi rayonu – Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə Litseyinin həyəti;

Xətai rayonu – Bakı kinoteatrının yanı;

Nərimanov rayonu – Əliyar Əliyev küçəsi 26, “Bakı Taxıl” ASC-nin ərazisi;

Nəsimi rayonu – “Təzə bazar”ın ərazisi;

Səbail rayonu – Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı;

Suraxanı rayonu – Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, 2;

Yeni Günəşli qəsəbəsi, “Günəş” ticarət mərkəzinin yanı;

Yasamal rayonu – Şərifzadə küçəsi 131, Bakı Dövlət Rabitə və Nəqliyyat kollecinin yanı.

İstehlakçılar yarmarkalarda müxtəlif ərzaq və kənd təsərrüfatı mallarını bazardakı qiymətlərlə müqayisədə daha ucuz qiymətə əldə edə biləcəklər.

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında