Binəqədi rayonunda Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilmişdir

 

 

Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bütün qadınları bayram münasibətilə təbrik etmiş, onlara xoş arzularını çatdırmışdır.

X. İsgəndərov demişdir ki, Prezident İlham Əliyev hər il olduğu kimi, bu il də 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik etmişdir. Eyni zamanda dövlət başçısı tərəfindən ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında fərqlənən bir qrup qadın fəxri adlar və medalla təltif olunmuşdur.

Başçı daha sonra vurğulamışdır ki, bayram ərəfəsində qadınların yüksək təltiflərə və fəxri adlara layiq görülməsi ölkəmizdə onlara göstərilən diqqət və qayğının növbəti əməli ifadəsidir. Bu gün qadınlarımız ölkənin ictimai, sosial-iqtisadi, mədəni və mənəvi həyatında öndə gedərək, onlara göstərilən etimadı layiqincə doğruldurlar. Saflıq və müdriklik rəmzi olan Azərbaycan qadınlarının cəmiyyətdəki müasir mövqeyi onların bir çox nəsillərinin ardıcıl səylərinin nəticəsidir.

X.İsgəndərov bildirmişdir ki, bu gün qadınlarımızın fəallığından söz açarkən Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Ölkəmizin sosial-iqtisadi həyatı və digər mühüm məsələlərlə bağlı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr, Azərbaycanın dünyada tanıdılması istiqamətində reallaşdırılan önəmli tədbirlər xalqımızın, o cümlədən qadınlarımızın yüksək potensialını bir daha nümayiş etdirmişdir.

Tədbirdə qeyd olunmuşdur ki, dövlətimizin yürütdüyü məqsədyönlü siyasətin, eləcə də Prezident İlham Əliyevin apardığı dövlət qadın siyasətinin nəticəsi olaraq, bu gün Azərbaycan qadını inkişaf edir, ölkə daxilində və beynəlxalq aləmdə böyük nailiyyətlər qazanır, ictimai həyatın bütün sahələrində sözünü deyir.

Sonra rayonun ictimai-siyasi, sosial-mədəni həyatında, milli-mənəvi dəyərlərin qorunması və gənc nəslə çatdırılmasında mühüm xidmətləri olan fəal qadınlara RİH tərəfindən fəxri fərmanlar təqdim edilmişdir.

Tədbirin bədii hissəsində 266 saylı uşaq bağçası kollektivinin ifasında musiqi nömrəsi, habelə M. Maqomayev adına 26 saylı uşaq musiqi məktəbinin şagirdi Anar Yusifovun skripkada çıxışı maraqla qarşılanmışdır.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında