Ana dünyada ən müqəddəs varlıqdır

 

 

Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbiri keçirilmişdir.

Rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınların toplaşdığı mərasimi Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov giriş sözü ilə açaraq 8 Mart Beynəlxalq Qadınlar Gününün tarixi barədə məlumat vermişdir.

 Ümummilli lider Heydər Əliyevin qadınlarımız barədə dediyi “Mən dünyanın çox yerində olmuşam. Amma Azərbaycan qadınları qədər gözəl qadınlar görməmişəm” sözlərini xatırladan natiq bildirmişdir ki, ulu öndər həmişə Azərbaycan qadınının zəhmətini, fəaliyyətini çox yüksək qiymətləndirmiş, onlara böyük hörmət və ehtiramla yanaşmışdır.

Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında həmişə fəal rol oynamışdır. Bu gün Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva bütün dünyaya sübut edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadimdir. Məhəmməd Peyğəmbər cənnətin anaların ayağının altında olduğunu demişdir. Ana dünyada ən müqəddəs varlıqdır.

1998-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması mərasimdə minnətdarlıqla yada salınmışdır. Bildirilmişdir ki, Azərbaycan Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin Qadın məsələləri üzrə komissiyasının tamhüquqlu üzvüdür. 1995-ci ildə isə ölkəmiz Qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında Beynəlxalq Konvensiyaya qoşulmuşdur.

Daha sonra qeyd olunmuşdur ki, Bakının mərkəzi rayonu olan Səbail rayonunda əhalinin 51,2 faizini – 48 min nəfərdən çoxunu qadınlar təşkil edir. Rayonun təhsil, səhiyyə, mədəniyyət, elm və digər sahələrində çalışan qadınlar öz bilik və bacarıqları, işgüzarlıqları və rayonun ictimai-siyasi həyatındakı fəaliyyətləri ilə seçilirlər. Onların fəaliyyəti ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir. Son bir neçə il ərzində rayonun təhsil müəssisələrində çalışan qadınlardan 33 nəfəri əməkdar müəllim adına, 1 nəfər Prezident təqaüdünə, 20 nəfər müxtəlif orden və medallara layiq görülmüşdur. Elm, təhsil, səhiyyə ocaqlarında yüzlərlə elmlər doktoru və namizədləri çalışır.

Asif Əsgərov rayonun bütün qadınlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Tədbirdə iştirak edən qadınlara Səbail Rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olunmuşdur.

Şənlik incəsənət ustalarının konserti ilə başa çatmışdır.

R.TAHİR,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında