Dövlət Sərhəd Xidmətində 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş mərasim keçirilmişdir

 

 

Dövlət Sərhəd Xidmətində (DSX) 8 mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş mərasim keçirilmişdir. AzərTAc xəbər verir ki,  tədbiri giriş sözü ilə açan DSX rəisinin müavini, general-mayor Məhəmməd Abbasquliyev dünyanın ən müqəddəs varlıqlarından olan qadınları bayram münasibətilə təbrik etmişdir. Bildirmişdir ki, xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında müstəsna rolu olan Azərbaycan qadını özünün müdrikliyi, işgüzarlığı və saflığı ilə keçmişimizə parlaq səhifələr yazmışdır.

M.Abbasquliyev qeyd etmişdir ki, ulu öndər Heydər Əliyev  cəmiyyətdə qadının rolunun artırılmasına daim diqqətlə yanaşmışdır. Ümummilli lider Heydər Əliyevin diqqəti və qayğısı sayəsində ötən əsrin 70-80-ci illərində Azərbaycan qadınlarının bir çoxu SSRİ-nin ən ali mükafatı olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşlər. Ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra, ən gərgin vaxtlarda belə qadın məsələlərinə böyük əhəmiyyət vermişdir. Ulu öndərin bu siyasəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında  Prezident İlham Əliyevin Fərmanı ölkəmizdə ailə, qadın və uşaq problemlərinin aradan qaldırılmasına göstərilən yüksək dövlət qayğısının əyani sübutudur.

Vurğulanmışdır ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı ictimai fəaliyyəti ilə xalqımızın böyük rəğbətini qazanmış Mehriban xanım Əliyevanın adı Azərbaycan qadınının baş ucalığına ən parlaq nümunədir.

Sonra tədbirdə DSX-nin xidmətdə fərqlənən qadın əməkdaşlarına medallar, xidməti mənzillərin açarları, fəxri fərman və digər qiymətli hədiyyələr təqdim olunmuşdur.

DSX-nin rəisi, Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev hədiyyələri təqdim etmiş və bayram münasibətilə qadınlara xoş arzularını çatdırmışdır. 

E.Quliyev demişdir ki, bu gün qadınlar DSX-nin kollektivinin mühüm bir hissəsini təşkil edir və müəyyən istiqamətlər üzrə təkanverici qüvvəyə çevrilmişlər. Sevindirici haldır ki, bu qadınların hər biri gözəl xanım, ana olmaqla yanaşı, həm də vətənimiz Azərbaycanın  qoruyucusudur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında