8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilmişdir

 

 

Martın 7-də Bakıdakı “Abşeron Marriott” mehmanxanasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirmişdir. AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycan elminin və mədəniyyətinin inkişafında  sözlərini demiş, eləcə də ictimai-siyasi aləmdə mühüm xidmətləri olan qadınlar iştirak etmişlər.

Əvvəlcə mərasim iştirakçıları foyedə fiziki cəhətdən qüsurlu qadınların  əl işlərindən ibarət satış sərgisi ilə tanış olmuşlar.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirmişdir ki, cəmiyyətimizdə fiziki cəhətdən qüsurlu insanlara  dövlət daim diqqət və qayğı göstərir. Sərgidə nümayiş olunan əl işləri fiziki cəhətdən qüsurlu qadınlarımızın çox güclü insanlar olduğunu göstərir. AQUPDK hər zaman bu qadınları diqqət mərkəzində saxlayır və onların əməyini yüksək qiymətləndirir. Onlara dəstək hər birimizin mənəvi borcumuzdur.

Sonra sərginin təşkilində xidmətlərinə görə “Əlil Qadınlar” İctimai Birliyinin sədri Məhluqə Rəhimovaya AQUPDK-nın diplomu təqdim edilmişdir. M.Rəhimova fiziki cəhətdən qüsurlu qadınların cəmiyyətimizdə önə çəkilməsində, onların potensial imkanlarının ictimaiyyətə çatdırılmasında göstərilən  diqqət və qayğıya görə minnətdarlığını bildirmiş, Beynəlxalq Qadınlar Gününün tezliklə işğaldan azad olunacaq əzəli torpaqlarımızda  birlikdə qeyd  etməyimizi arzulamışdır. 

Tədbirdə respublikamızın ictimai-siyasi həyatında qadınların roluna,  dövlətimizin qadın siyasətinə həsr olunmuş film nümayiş etdirilmişdir.

AQUPDK-nın sədri Hicran Hüseynova Azərbaycan Respublikasının ictimai, təhsil, mədəniyyət, memarlıq və jurnalistika sahələrində səmərəli fəaliyyətlərinə görə, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarının bir qrupuna fəxri adların verilməsi və “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Prezident İlham Əliyevin  2013-cü il 4 mart tarixli sərəncamlarını oxumuşdur. Sərəncamlara əsasən Səriyyə Cəfərova, Lətafət Əlizadə, Larisa Reyxrudel “Tərəqqi” medalı ilə, Yeganə Hacıyeva, Aybəniz Həsənova, Zahidə Məmmədova, Nelli Seyfullayeva “Əməkdar Memar”, Flora Xəlilova “Əməkdar Jurnalist”, Dilarə Atakişiyeva, Şeyla Heydərova, Valentina Qasımovaya “Əməkdar Mədəniyyət İşçisi” fəxri adları təqdim edilmişdir.

Sonra, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə mərasim iştirakçılarını təbrik etmişdir.

H.Hüseynova bildirmişdir ki, hazırda ölkəmizin elə bir sahəsi yoxdur ki, orada qadınlar təmsil olunmasınlar. Onlar ən çətin və mürəkkəb istiqamətlərdə də uğur qazanmağı bacarırlar. Eyni zamanda, dövlətimiz hər zaman uşaq və qadın hüquqlarının müdafiəsi, ailə institutunun möhkəmlənməsi kimi vəzifələrin həyata keçirilməsi üçün lazımi addımları atır. Lakin buna baxmayaraq,  cəmiyyətdə hələ də qadın və uşaq hüquqlarının pozulması ilə nəticələnən problemlər mövcuddur. Komitə olaraq bizi narahat edən məsələlərdən biri də məişət zorakılığıdır.

Təltif olunan qadınlar çıxış edərək göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Tədbirdə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının çıxışı maraqla qarşılanmışdır.

Mərasimdə, həmçinin 2012-ci ildə ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında müstəsna xidmətlər göstərmiş dövlət və qeyri-hökumət təşkilatlarında çalışan qadınlara diplomlar təqdim edilmişdir.

Rəsmi hissədən sonra tanınmış müğənnilərin iştirakı ilə konsert proqramı təqdim edilmişdir.

Sonda mərasim iştirakçıları Fəxri Xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı önünə əklil qoyulmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında