İtaliyanın “İl Messaggero” qəzetində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın “Foskari ailəsinin iki nümayəndəsi” operasının tamaşasında iştirakı ilə bağlı geniş məqalə dərc olunmuşdur

 

 

Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın İtaliyaya səfəri bu ölkə mətbuatında geniş işıqlandırılmışdır.

İtaliyanın nüfuzlu “İl Messaggero” qəzetinin 7 mart tarixli nömrəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Roma Opera Teatrında Cüzeppe Verdinin “Foskari ailəsinin iki nümayəndəsi” operasının yeni quruluşda təqdimatına baxması haqqında geniş məqalə dərc edilmişdir. 

Məqalədə qeyd olunmuşdur ki, Cüzeppe Verdinin ən uğurlu əsərlərindən biri sayılan “Foskari ailəsinin iki nümayəndəsi” operasının dünya səviyyəli maestro Rikardo Mutinin dirijorluq etdiyi yeni quruluşda təqdimatını Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, İtaliyanın nüfuzlu siyasi-ictimai xadimləri, o cümlədən Roma Opera Teatrının direktoru Kapello De Martino, Roma Opera Teatrı Fondunun prezidenti xanım Daniela Traldi, İtaliyanın parlament məsələləri üzrə naziri Dino Piero Giarda, müdafiə naziri Giampaolo Di Paola, İtaliya Konstitusiya Məhkəməsinin sədri Franko Qallo, Roma Musiqi Fondunun prezidenti Avrelio Regina və digər tanınmış şəxslər izləmişlər.

Yazıda paytaxt Romanın mədəni həyatında böyük hadisə olan “Foskari ailəsinin iki nümayəndəsi” operasının yeni quruluşda təqdimatının tamaşaçıların sürəkli alqışları ilə qarşılandığı xüsusi vurğulanmışdır.

Məqalənin dərc olunduğu qəzetdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın, o cümlədən İtaliyanın nüfuzlu siyasi-ictimai xadimlərinin operada iştirakını əks etdirən fotoşəkillər yerləşdirilmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında