Vətəndaşların Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olan müraciətlərinin tam və obyektiv araşdırılması təmin olunur

 

 

 Meliorasiya və Su Təsərrüfatı ASC-nin Tovuz rayon suvarma sistemləri idarəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə rayon sakininin Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin  “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılmışdır.

Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, cəmiyyətin Tovuz rayon suvarma sistemləri idarəsinin rəisi Namiq Əliyev öz qulluq mövqeyindən sui-istifadə etməklə ona etibar olunmuş özgə əmlakını talama məqsədilə, formal olaraq maşinist kimi rəsmiləşdirilmiş, faktiki olaraq isə həmin idarənin xəzinədarı vəzifəsini icra edən İman Məhərrəmovla qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək müvafiq əmrlə həmin idarədə işçi kimi rəsmiləşdirilmişdir. Lakin faktiki olaraq işləmədikləri halda 29 şəxsin adına 2011-2013-cü illərdə əməkhaqqı kimi hesablanmış 75 min manat, habelə mükafat qaydasında hesablanmış 40 min manat olmaqla, ümumilikdə 115 min manat məbləğində pul vəsaitini həmin şəxslərin adına olan plastik kartlardan istifadə etməklə bankomatlardan çıxararaq  mənimsəmişlər.

Martın 4-də Tovuz rayon suvarma sistemləri idarəsinin inzibati binasına Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı İ.Məhərrəmovun iş otağındakı seyfin içərisindən ayrı-ayrı şəxslərin adlarına verilmiş 29 ədəd, idarə etdiyi “Nissan Sunny” markalı avtomobilin yük yerindən 25 ədəd, salonundan isə 1 ədəd plastik kartlar, həmin kartların “pin kodu” yazılmış zərflər və digər sənədlər, N.Əliyevin iş otağından rayon suvarma sistemləri idarəsində işləyən fəhlə və qulluqçuların siyahıları, müxtəlif aktlar, vətəndaşlar tərəfindən yazılmış ərizələr, elektron yaddaş kartları, idarənin baş mühasibi Eldar Abbasın xidməti otağından isə müxtəlif sənədlər hal şahidlərinin iştirakı ilə götürülmüşdür. N.Əliyev və İ.Məhərrəmov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham elan edilmiş, N.Əliyev barəsində məhkəmənin qərarı ilə həbs, İ.Məhərrəmov barəsində isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbirləri seçilmişdir.

Hazırda qeyd olunan cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla, cinayətin digər iştirakçılarının müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri görülür.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında