Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Azərbaycan Hüquqşünasları Konfederasiyası arasında əməkdaşlıq memorandumu imzalanmışdır

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) arasında əməkdaşlıq memorandumu imzalanmışdır.

AHK-ın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, sənəd agentliyin sədri İnam Kərimov və konfederasiyanın sədri, Milli Məclisin deputatı Əli Hüseynli tərəfindən imzalanmışdır.

Memorandumda tərəflər arasında birgə fəaliyyətin təşkili, həyata keçirilən xidmətlərin keyfiyyətinin artırılması və bu sahədə vətəndaş iştirakçılığının təmin edilməsi fəaliyyəti öz əksini tapmışdır. Sənəddə, həmçinin yaxın gələcəkdə tərəflər arasında  qarşılıqlı şəkildə layihələrin, konfransların, seminarların və müzakirələrin təşkili, eyni zamanda analitik işlərin, monitorinq və sorğuların keçirilməsi məsələləri yer almışdır.

Memorandum tərəflər arasında əməkdaşlıq münasibətlərini tənzimləməklə əhaliyə göstərilən xidmətlər sahəsində məlumatlandırma, maarifləndirmə fəaliyyətinin və sosial iştirakçılığın qurulmasını və qarşılıqlı maraq kəsb edən sahələri əhatə edir. Sənəddə, eləcə də “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərəcək könüllülərin hazırlanması və mərkəzlərə cəlb edilməsi və innovasiyaların tətbiqi sahəsində illik müsabiqənin təşkili və həyata keçirilməsi də nəzərdə tutulmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında