LƏNKƏRANDA OD ÇƏRŞƏNBƏSİ QEYD OLUNUB

Martın 5-i xalq təqvimi ilə boz ayın axır çərşənbələrindən ikincisi, Od çərşənbəsi idi. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar - bezarları yandırırlar. Odun, tonqalın olması istiliyin mənasını ifadə edir və yazın gəlişi də havaların isinməsinin əsas göstəricisidir.

 Od çərşənbəsi Lənkəran şəhərinin dəmiryolu vağzalı ərazisində şəkildə qeyd olunub. Bayram şənliyində çərşənbə adətlərinə uyğun olaraq tonqallar qalanıb, “Nənələr” folklor ansamblının, populyar müğənni Cavad Rəcəbovun ifalarında müxtəlif mərasim nəğmələri və xalq mahnıları ifa olunub. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı aktyorlarının ifasında  Novruz adətlərinə aid müxtəlif səhnəciklər göstərilib.

Bayram tədbirində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Prezident  Adminstrasiyasının məsul işçisi  Vəfadar Bağırov, icra başçısının müavinləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların  rəhbərləri də iştirak ediblər. Şən əhval-ruhiyyə ilə keçən bayram tədbiri böyükdən kiçiyə hər kəsin sevincinə səbəb olub.

"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında