SUMQAYIT HADİSƏLƏRİNİN İLDÖNÜMÜNƏ HƏSR EDİLMİŞ DƏYİRMİ MASA

 

Sumqayıt şəhər İcra Hakimiyyəti Gənclər və İdman Baş İdarəsi ilə birgə 1988-ci ilin fevral ayında ermənilər tərəfindən törədilmiş hadisələrin 25-ci ildönümü münasibətilə Sumqayıtın Tarix Muzeyinin konfrans zalında “Tariximizi unutmayaq!” adlı  dəyirmi masa təşkil etmişdir.

Şəhər İcra Hakimiyyəti başçısının müavini Elgin Həbibullayev tədbirin keçirilmə məqsədindən, Sumqayıtda törədilmiş hadisələri doğuran səbəblərdən, onun mahiyyətindən danışmışdır.

Geniş diskussiya şəraitində keçən tədbirdə Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənovun, Sumqayıt hadisələrinin tədqiq etmiş publisist Eyruz Məmmədovun, şair-dramaturq Əvəz Mahmud Lələdağın, gənclər təşkilataları nümayəndələrinin çıxışlarında Sumqayıt hadisələri bir daha müfəssəl təhlil edilmiş, hadisələrin keçmiş Sovet İttifaqının rəhbəri Mixail Qorbaçovun dəstəyilə ermənilər tərəfindən xüsusi ssenari üzrə törədildiyi nəzərə çatdırılmışdır. Bildirilmişdir ki, Sumqayıtda törədilən hadisələr ermənilərin “Böyük Ermənistan” adlı məkrli və zəncirvari planının bir həlqəsi idi. Xalqımızın başına gətirilmiş faciələrin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması istiqamətində şəhərdə görülən işlərin daha da genişləndirilməsinin vacibliyi vurğulanmışdır.

Tədbir iştirakçılarına Baş İdarə tərəfindən rus, alman, fransız və iglis dillərində hazırlanaraq nəşr etdirilmiş “Erməni fitnəsi – Sumqayıt hadisələri” kitabı və “Unutqanlığımız faciəmizdir” adlı buklet təqdim edilmişdir

Əli NƏCƏFXANLI,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında