Naxçıvanda növbəti iməcilik keçirilmişdir

Naxçıvanda keçirilən növbəti iməcilik zamanı şəhərin küçə, park, xiyaban və meydanlarında, idarə, müəssisə və yaşayış binalarının həyətlərində, yol kənarlarında abadlıq, təmizlik, yaşıllaşdırma tədbirləri həyata keçirilmiş, ağac və bəzək kolları əkilmiş, yaşıllıq zolaqlarına aqrotexniki qulluq göstərilmişdir.
Naxçıvan MR Ali Məclisinin, Nazirlər Kabinetinin, şəhər icra hakimiyyətinin kollektivləri "Əshabi-Kəhf" Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinə gedən yolun ətrafında keçirilən iməcilikdə iştirak etmişlər. Bu ərazilər uzun illər su problemi olduğundan istifadəsiz qalmışdı. Heydər Əliyev Su Anbarının sol sahil kanalı vasitəsilə ərazinin suvarılmasının təmin edilməsi burada yaşıllıq zolaqlarının salınmasına şərait yaratmışdır. İndi yol boyu uzanan yaşıllıqlar əraziyə xüsusi gözəllik verir. "Əshabi-Kəhf" ziyarətgahı həm də muxtar respublikanın turizm obyektlərindən biridir. Ona görə də burada aparılan yaşıllaşdırma tədbirləri mühüm əhəmiyyətə malikdir. İməcilik zamanı 2 hektar sahədə meşə-bərpa işləri aparılmış, 3 minə yaxın iydə, göyrüş, ərik və digər ağaclar əkilmişdir.
Ziyarətgahın yaxınlığındakı mineral su bulağının ətrafına isə 100-dən çox bəzək tingi əkilmişdir.
Ali Məclisin sədri Vasif Talıbov iməcilikdə iştirak etmiş, yaşıllaşdırma tədbirləri ilə əlaqədar bir sıra tapşırıqlar vermişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında