“Rosobroneksport”: S-300 kompleksinin Azərbaycana satışına qadağa qoyulması barədə məlumatlar əsassızdır

 

Biz Azərbaycanı MDB məkanında ən mühüm müştərilərimizdən biri kimi görürük

Rusiya və Azərbaycan arasında silah və hərbi texnikaların alqı-satqısına dair müqavilələr üzrə çatdırılmalar gecikmə olmadan yerinə yetirilir. Bu barədə – APA-ya Rusiyanın “Rosobroneksport” şirkətindən məlumat verilmişdir.

Məlumatda “Rosobroneksport”un Azərbaycanı MDB məkanında özünün ən mühüm müştərilərindən biri kimi gördüyü qeyd olunur. Şirkətdən bildirilmişdir ki, Azərbaycanın maddi imkanları hazırda ən müasir silah və texnikaları əldə etməyə imkan verir: “Son illərdə Azərbaycan və Rusiya arasında bir neçə mühüm müqavilə imzalanmışdır. Bura aviasiya, həmçinin quru nəqliyyat vasitələri və döyüş maşınlarının çatdırılması kimi müxtəlif sifarişlər daxildir. Hazırda həmin müqavilələrin icrası qrafik üzrə davam etdirilir”.

“Rosobroneksport” Rusiya dövlət rəhbərliyi tərəfindən Azərbaycana S-300 kompleksinin satışına qadağa qoyulması barədə son vaxtlar mətbuatda gedən məlumatın həqiqətə uyğun olmadığını da vurğulamışdır. Məlumatda Azərbaycanın sifariş verdiyi komplekslərin artıq Bakıya çatdırıldığı qeyd olunmuşdur: “İki ölkə arasında istənilən silah sisteminin alqı-satqısında, yaxud müqavilənin icrasında heç bir problem yoxdur”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında