“İş yerlərində qadınlara qarşı diskriminasiya halları ilə mübarizədə həmkarlar ittifaqlarının rolu” mövzusunda seminar

 

 

Martın 5-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Respublika Komitəsinin təşkilatçılığı ilə “İş yerlərində qadınlara qarşı diskriminasiya halları ilə mübarizədə Həmkarlar İttifaqlarının rolu” mövzusunda seminar keçirilmişdir.

AzərTAc xəbər verir ki, seminar Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin nəzdində olan ilk təşkilatların gender bərabərliyi və qadın problemləri üzrə komissiyaları sədrlərinin və üzvlərinin iştirakı ilə keçirilmişdir.

MİHİ Respublika Komitəsinin sədri, AHİK-in Gender bərabərliyi və qadın problemləri üzrə Mərkəzinin sədri Cəmilə Səttarova tədbir iştirakçılarını od çərşənbəsi və qadınları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etmişdir. Bildirmişdir ki, hazırda bayram kimi qeyd edilən 8 Mart qadınların hüquqlarının müdafiəsi kimi tarixdə qalmışdır. Qadınlara münasibət Azərbaycan Respublikasının Konstitusiyasında və qanunvericiliyimizdə öz əksini tapmışdır.

Sədr vurğulamışdır ki, ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra ən gərgin vaxtlarda belə qadın məsələlərinə böyük əhəmiyyət vermişdir. Nəticədə kişilərlə yanaşı, qadınlar üçün də bərabər hüquqlar təmin edilmiş, qadınların işdə irəli çəkilməsinə, rəhbər vəzifələrdə təmsil olunmaq imkanlarının genişləndirilməsinə başlanılmışdır. Məhz ulu öndər Heydər Əliyevin Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır.

Hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu istiqamətdə siyasət uğurla davam etdirilir. Ölkəmizdə gender məsələləri artıq bir elmə çevrilmişdir.

Seminarda Bakı Dövlət Universiteti filologiya fakültəsinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Fikrət Əlizadənin “Gender bərabərliyi və qadınlara qarşı ayrı-seçkilik halları ilə mübarizə”, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin gənclik və uşaq redaksiyası baş redaktorunun müavini Aybəniz Məmmədəliyevanın “Gənc qadınlar arasında ayrı-seçkilik mövzusunda təbliğatın aparılması və bu sahədə Azərbaycan Televiziyasının rolu”, Yazıçılar Poliklinikasının həmkarlar ittifaqı komitəsinin sədri, həkim-oftalmoloq, yazıçı Şəhanə Şükürovanın “Azərbaycan qadını ayrı-seçkiliyə layiq deyil” mövzularında məruzələri dinlənilmişdir.

Sonra məruzələr ətrafında fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında