Sevincim hədsizdir

 

 

Azərbaycan Prezidenti cənab İlham Əliyev 4 mart 2013-cü il tarixdə Azərbaycan qadınlarının bir qrupuna fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Həmin siyahıda adımın olması və əməkdar jurnalist fəxri adına layiq görülməyim məni hədsiz dərəcədə sevindirdi.

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ölkə başçısının göstərdiyi bu diqqət qəlbimi elə fərəhləndirdi ki, keçirdiyim hissləri ifadə etməyə söz tapa bilmirəm. Bu gözəl bayramla əlaqədar ilk təbriki möhtərəm Prezidentimizdən almağım mənə qürur və iftixar hissləri bəxş etdi.

Qarşıdan müqəddəs Novruz Bayramı gəlir. Bu bayramlar ərəfəsində fəxri ada layiq görülməyimi jurnalistika sahəsində çalışan xanımların əməyinə verilən ən böyük qiymət kimi dəyərləndirir, hörmətli Prezidentimizə öz dərin minnətdarlığımı bildirirəm. Əlimə qələm aldığım gündən Vətənimə, millətimə, dövlətimə xidmət etmişəm. Həmişə də bu yolu davam etdirəcəyəm.

Flora XƏLİLZADƏ,
“Azərbaycan” qəzetinin şöbə redaktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında