Dövlət Dəniz Administrasiyasının rəhbərliyi ilə NATO-nun dəniz nəqliyyatı üzrə ekspertlərinin görüşü keçirilmişdir

 

 

NATO-nun dəniz nəqliyyatı sahəsi üzrə ekspertlərdən ibarət qiymətləndirmə qrupu martın 5-də Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasında (ARDDA) olmuşdur.

ARDDA-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə administrasiyanın rəisi Qüdrət Qurbanov son illər Azərbaycanın digər sahələrlə yanaşı, dəniz nəqliyyatı sahəsində də əldə etdiyi uğurlardan söhbət açmış, bunun bariz nümunəsi kimi qurumun nəzdində Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinin yaradılmasını qeyd etmişdir.

Sonra qonaqlar Milli Mərkəzin fəaliyyəti ilə tanış olmuşlar. Məlumat verilmişdir ki, mərkəzin funksiyalarına Azərbaycan Respublikasının ərazi sularında üzən gəmilərin yerinin peyk və radarlar vasitəsilə izlənilməsi, onların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, naviqasiya xəbərdarlıqlarına və hava haqqında proqnozlara dair müvafiq məlumatların gəmilərə çatdırılması, “Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları”na riayət olunmasına nəzarətin həyata keçirilməsi daxildir. Bundan başqa, Milli Mərkəzdən gəmilərdən daxil olan həyəcan siqnallarının (SOS) və digər əldə edilmiş məlumatların aidiyyəti dövlət qurumlarına çatdırılmasının təmin edilməsi və koordinasiyanın təşkili, habelə beynəlxalq təşkilatlar da daxil olmaqla, digər ölkələrin eyniadlı milli mərkəzləri və gəmiçilik şirkətləri ilə mütəmadi operativ əlaqənin yaradılması və informasiya mübadiləsinin həyata keçirilməsi də mümkündür.

Dövlət Dəniz Administrasiyasının əməkdaşları ilə keçirilən geniş tərkibli görüşdə administrasiyanın fəaliyyətinin bir çox istiqamətləri üzrə məsləhətləşmələr aparılmışdır.

NATO-nun dəniz nəqliyyatı sahəsi üzrə ekspertlərdən ibarət qiymətləndirmə qrupunun ölkəmizə səfəri Azərbaycan Respublikasının bu təşkilatla əməkdaşlığı çərçivəsində həyata keçirilir. Martın 4-dən 8-dək davam edəcək səfər zamanı qonaqlar Azərbaycan ərazisində dəniz təhlükəsizliyi sisteminin vəziyyətinin qiymətləndirilməsi, o cümlədən gəmilərin mövcud üzmə rejiminin və liman vasitələrinin mühafizəsinin təkmilləşdirilməsi, habelə gəmilərin hərəkətinə nəzarət mexanizmlərinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərlə tanış olacaqlar.

Səfər zamanı NATO ekspertlərinin, həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və “Dübəndi” neft terminalının fəaliyyəti ilə tanışlığı da nəzərdə tutulur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında